Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Məhəbbət Kazımovun oğlundan “Laçınım”ın paylaşılmasına etiraz edənlərə CAVAB

Məhəbbət Kazımovun oğlundan “Laçınım”ın paylaşılmasına etiraz edənlərə CAVAB

“Məhəbbət Kazımov sənətkardır, xalqın içində olan, Azərbaycan musiqi sənətində çox gözəl nümunələr qoyub getmiş bir insandır. Hər bir ölkənin, millətin mahnıları, musiqi sənəti var. “Laçınım” da Laçın rayonumuz üçün yazılmış mahnıdır. “Laçınım” hansısa rayon mahnıları kimi toylarda müğənnilərin pul qazanması, oynamaq üçün yazılmayıb. Bu mahnı Azərbaycanın harayı, ah-naləsi kimi yazılıb. Söhbət toylarda ritmlə oynamaq məsələsindən getmir. “Laçınım”da insanların ah-naləsi var. Bu, bir yas musiqisi idi”.

Bu sözləri Pravda.az-a açıqlamasında mərhum Əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib.

O bildirib ki, “Laçınım” torpaqlar azad edildikdən sonra sevinc musiqisinə çevrilib: “Bu gün torpaqlarımız işğaldan azad edilib. Artıq insanlar bu mahnıya oynayır, sevinir… “Laçınım”ı atam yazmasaydı, başqa bir şah əsəri də ola bilər, o musiqilər də səslənə bilərdi. Amma bu gün rayonumuzun adına yazılmış ən gözəl mahnı “Laçınım”dır. Bundan o tərəfə nəsə yoxdur. İndi kimlərsə bu mahnıdan istifadə etmək, adlarına çıxarmaq istəyir. Boş şeydir. O deyir, “mən yazmışam”, bu deyir, “mən yazmışam”… Hamısı boş-boş ifadələrdir”.

R.Kazımov “Laçınım” mahnısının sosial şəbəkələrdə bu qədər çox paylaşılmasına etiraz edərək “Şəhidləri, qaziləri, Laçın uğurunda döyüşənləri yad edin. Sanki Laçını Məhəbbət Kazımov alıb” deyənlərə isə belə cavab verib: “Bəli, Qarabağı şəhidlərimiz, qazilərimiz, Ali Baş Komandanın əmri ilə döyüşə gedən, ürəyi vətənpərvərlik ruhu ilə dolub-daşan igid əsgərlərimiz alıb. Bu, onların zəfəridir. “Laçınım”ın bu qədər çox paylaşılması tənqid olunası bir şey deyil. Müharibədə dostlarını, qardaşlarını şəhid verən əsgərlərimiz özləri birinci Laçında məhz bu mahnını qoydular. Məqsəd şənlənmək və ya başqa bir şey deyil. Məqsəd Laçına girəndə Laçın üçün, Vətəni üçün nəsə yaratmış bir sənətkarın ruhunu şad etmək idi. Laçın işğaldan azad edildikdən sonra, əlbəttə, “Laçınım” mahnısı ifa olunmalıdır. Tənqid edənlərin yetmiş faizi Vətənindən, vətənpərvərlikdən xəbəri olmayan insanlardır”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …