Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Mədətovlar ailəsi dağıldı – Mahir atasının soyadından imtina etdi

Mədətovlar ailəsi dağıldı – Mahir atasının soyadından imtina etdi

Şou-biznesin məşhur cütlüyü prodüser Anar və Elnurə Mədətovlar ayrılıb. 

” Azinforum.az ” Axşam.az-a istinadən xəbər verir ki, bir müddətdir ayrı yaşayan cütlük boşanma ərizəsini  məhkəməyə təqdim edib. Maraqlı məqam isə odur ki, Anar hələ rəsmi boşanma olmamışdan əvvəl evlənməyə hazırlaşır.

A.Mədətov uzun müddətdir Samirə adlı xanımla sevgilidir. Prodüser vizajist sevgilisi ilə evlənməyə hazırlaşır. Hətta ötən gün onların xına mərasimi də baş tutub. 

Valideynlərinin ayrılması övladlarını da sarsıdıb. Keçmiş cütlüyün futbolçu oğlu Mahir Mədətov buna görə atası ilə danışmır. O, hətta boşanma məsələsindən sonra atasının soyadından imtina edib, anasının soyadına keçmək istəyir.

Qeyd edək ki, Elnurə Mədətova da əvvəl prodüser kimi fəaliyyət göstərirdi. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …