Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Mədət Quliyev   həbs edilən jurnalistlərdən danışdı

Mədət Quliyev   həbs edilən jurnalistlərdən danışdı

Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı həbs olunan reket jurnalistlər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olub, müəyyən vəzifəli insanların uşaqları ilə bağlı qanunsuz çəkilişlər aparıblar.

AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.

Onun sözlərinə görə, reket jurnalistlər bu cür videogörüntülərlə həmin şəxslərdən pul tələb ediblər: “Bu qalmaqallı məsələdir. Jurnalistlər qeyri-qanuni fəaliyyətlə məşğul olublar. Bununla bağlı Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi qaldırılıb və məsələyə hüquqi qiymət veriləcək”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın