Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Mədəniyyət nazirinin gizli görüşü

Mədəniyyət nazirinin gizli görüşü

Sabah Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyinin nümayəndələri ilə kino xadimlərinin görüşü keçiriləcək. Saat 17.00-da baş tutacaq və mətbuata qapalı olacaq görüşdə Mədəniyyət naziri Anar Kərimov da iştirak edəcək.
Görüşdə Kino Agentliyinə yeni direktorun seçiləcəyi gözlənilir. Lakin bir sıra kino xadimləri və kinotənqidçilər tədbirə dəvət olunmayıb.

Məsələ ilə bağlı Bakupost.az –a danışan NME şirkətinin direktoru Nicat Manafov da görüşə dəvət olunmadığını deyib:

“Dostlarımızdan bir neçəsini dəvət ediblər. Tədbirin təşkilatçısı, dəvətnamələri göndərən nazirliyin audiovizual və interaktiv şöbəsidir. Şöbəyə Rüfət Həsənov rəhbərlik edir. Təəssüflər olsun ki, bizi dəvət etməyiblər. Yəqin ki, bunun səbəbi mövcud vəziyyətdən narazı olmağımız, şikayət və tənqidi fikirlərimizdir. Yoxsa, niyə dəvət etməsinlər ki?! Bir sıra peşəkar, savadlı kadrlar oraya dəvət olunmayıb. Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olduğu üçün ora kim rəhbər gəlir-gəlsin, indiki audiovizual və interaktiv şöbədən asılı bir adam olacaq. Yəni qərarları onunla razılaşdırmalı və qəbul etməlidir. Sözün düzü, nələrinsə dəyişəcəyinə ümidim yoxdur. Deyilənlərə görə, yeni direktor elə Rüfət Həsənov özü olacaq”.

Həmçinin oxuyun

Bakı Fransız Liseyinin bağlanma səbəbləri açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi …