Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Mədəniyyətə meydan oxuyan əmilər, bibilər… – “Nazirlə görüşəndə dedim ki…”

Mədəniyyətə meydan oxuyan əmilər, bibilər… – “Nazirlə görüşəndə dedim ki…”

Elə bil, hər şeyi qəsdlə dağıdıblar… Mən bütün bunları özüm üçün deyil, gələcək nəsillər üçün deyirəm.

Teatr həmişə cəmiyyətin güzgüsü olub və biz həmişə bu güzgüdə özümüzü görmüşük. Bəs niyə bu güzgüdə biz artıq özümüzü görmürük. Buna səbəb nədir?

Məsələ ondadır ki, teatr yarandığı gündən bu günə qədər  insanların qarşısına çıxan problemlərin həlli yollarını göstərib. İstər klassika, istər müasir dramaturgiyanın səhnə həlli, birmənalı şəkildə müasir insan problemlərinin həllinə yardımçı olmalıdır. Demək, tamaşa elə qurulmalıdır ki, günümüzlə səsləşsin. Belə olan təqdirdə gəlin teatrlarımıza nəzər salaq, görək teatrlarda günümüzlə səsləşən tamaşalar var, ya yox?! Əlbəttə, yoxdur.

Gəlin söhbətimizi əyaniləşdirək. Respublikamızda 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrların tamaşaları haqqında kifayət qədər məlumatlıyıq. Bu məlumatlara əsaslanaraq deyə bilərik ki, biz əziz və doğma teatrımızı heç də kifayət qədər sevmirik. O zaman belə bir sual yaranır: bəs biz doğma teatrı niyə sevmirik? Axı sevməliyik. Gəlin faktlara nəzər salaq və teatrı sevməməyimizin köklərini araşdıraq.

Bu polemikaya teatrşünaslar, dramaturqlar, rejissorlar, aktyorlar və sair peşə sahibləri qoşula bilər. Və mənə elə gəlir ki, bu işin xeyrinə olar. İlk əvvəl, gəlin teatrın strukturundan başlayaq. Müasir dövrümüzdə teatrın strukturu düzgün qurulub, ya yox? Fikirlər müxtəlif ola bilər. Mənə qalarsa, deməliyəm ki, teatrın strukturu düzgün qurulmayıb. Mən bunu çoxsaylı müsahibələrimdə və çıxışlarımda dəfələrlə qeyd etmişəm. Fikirlərimi açıqlayım. Bütün müasir dünyada, hətta keçmiş sovetlər dönəmində fəaliyyət göstərən teatrlarda rejissor əsas sima sayılıb, teatrın düşünən beyni hesab olunurdu. Bu, belədir. Teatrın direktoru baş rejissorun yaradıcılıq fəaliyyətinə imkan və şərait yaradan məmurdur. Onun işi baş rejissorun yaradıcılıq işinə təkan verməkdir.

Mən bu yaxınlarda hörmətli nazirimiz Anar Kərimovla da söhbətimdə bunu qeyd etmişəm. Onunla bir saata yaxın söhbətimiz oldu. Anar müəllim gözəl insan,  maraqlı şəxsiyyət, təşkilatı işləri gözəl bilən təcrübəli diplomatdır. O, məndən, teatr və kino sahəsində təcrübəli bir şəxs, bir ağsaqqal kimi müasir teatr və kino prosessesləri, teatr strukturu barədə soruşdu. Mən hər şeyi ona danışandan sonra Anar müəllim dedi ki, indi mənə hər şey aydındır. Siz qeyd etdiyiniz kimi, teatrın düşünən beyni baş rejissordur. Direktor isə, teatrda baş rejissora yaradıcılıq imkanlarına  yardımçı olan məmurdur. Bunları bir-biri ilə qarışdırmaq olmaz. Bu birinci məsələdir.

İkinci məsələ isə Azərbaycan teatrında kadr məsələsidir. Söhbət peşəkar kadrlardan gedir. Biz yaxşı bilirik ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti milli teatr, kino və digər sahələr üçün peşəkar və istedadlı kadrlar hazırlayan ali təhsil ocağıdır.  Mədəniyyət  və incəsənət müəssisələrində, o cümlədən teatrlarda peşəkar kadrların 99 % -ni bu təhsil ocağı təmin edir. Bəlkə ali təhsil ocağı peşəkar kadr yetişdirmir? Əlbəttə, yox.  Ali təhsil ocağı çox istedadlı kadrlar yetişdirir. Bəs bu kadrların əksəri niyə teatrlara yol tapa bilmirlər? Teatrı sevən baş rejissor və drektor olmalıdır ki, gənc və istedadlı kadrları işlə təmin etsin. Etiraf etməliyik ki, teatrlarda baş rejissorun elə bir səlahiyyəti yoxdur. Teatrlara kadrların işə qəbul məsələsini direktor həll edir. Çünki möhür onun əlində, səlahiyyət ondadır. O isə kimi istəyir, onu da işə qəbul edir. Teatrlara ən istedadsız, ən zəif kadrlar gəlir. Sual oluna bilər, bəs bu adamlar teatra neçə düşür? Çox sadə. Onlar tanışları, əmiləri, dayıları, xalaları vasitə ilə teatrlara yol tapırlar. Bu səbəbdən teatrlar bu günki duruma düşüblər.

Məhz bu səbəbdən teatrlarda müxtəlif səs çalarlarına, nitq mədəniyyətinə malik aktyor tapmaq müşkülə dönüb. Aktyorun səs çaları və nitq mədəniyyəti nədir? Keçmiş aktyorları yada salaq: Ağasadıq Gəraybəyli, Möhsün Sənani, Hökümə Qurbanova, Əliağa Ağayev, Leyla Bədirbəyli, Ağahüseyn Cavadov, İsmayıl Osmanl və digərləri. Allah onlara rəhmət eləsin. Onların hər birinin özlərinə məxsus səs çalarları və  nitq mədəniyyəti xatirimizdə canlanır. Onları bir-biri ilə qarışdırmaq mümkün deyildi. Elə bu səbəbdən biz onları bu günə qədər unuda bilmirik. Sonrakı nəsli xatırlayaq: Səməndər Rzayev, Kamal Xudaverdiyev, Fuad Poladov, İlham Namiq Kamal, Yaşar Nuri, Əliabbas Qədirov, Mikayıl Mirzə, Şəfiqə Məmmədova, Amaliya Pənahova və digərləri. Bu sənətkarın da səs çalarları müxtəlifliyi ilə seçilirdi. Onları da qarışdırmaq mümkün deyildi. Səs çalarlarının müxtəlifliyi və rəngarəngliyi insanı valeh edirdi. Bunu heç kim dana bilməz.

Bu gün isə istənilən teatrın tamaşasında səhnədə 20 nəfər olsa da, elə bil bir səs var. Sual oluna bilər. Niyə rəngarənglik yoxdur?  Bəs ali təhsil ocağı niyə rəngarəng səs çalarına malik kadr yetişdirmir. Yenə eyni sual və eyni cavab. Əlbəttə, yetişdirir. Amma həmin istedadlar teatra yol tapa bilmir. Yenə dayıların, əmilərin, xalaların “kadr siyasəti” istedadlı insanların yollarına çəpər çəkir. Ona görə də teatrlarda aktyorların nitq mədəniyyəti bu səviyyədədir.

Nitq mədəniyyəti, səs çalarının müxtəlifliyindən danışırıqsa, aktyorun xarici görünüş məsələsində də danışmalıyıq.  Bu da yaralı mövzudur.  Bayaq adları çıkilən sənətkarların hər biri səs çalarlarının şirinliyi və cazibəsi ilə bərabər. Həm də vizual baxımdan səhnə görkəminə malik aktyorlar olublar. Onların boy-buxunu, üz cizgiləri, səs imkanları və söz yox ki, istedadları və plastikası bir-birini tamamlayıb, vəhdət təşkil edirdi. Rejissorlar da onlara obraz həvalə edəndə heç bir çətinlik çəkmirdilər. Gəlin indi teatrlarımızdakı aktyorlarımızı yada salaq. Mən düzü heç boyu 1 metr 70 sm olan aktyor xatırlaya bilmirəm. Əksəriyyəti balaca-balaca xalalar və əmilərdir. Teatrlarda sanki bilərəkdən istedadsız və xarici görünüş etibarı ilə səhnəyə yararsız insanları işə götürürlər. Niyə? Çünki, təmanna və tanışlıq istedadlı insanların teatra yoluna çəpər çəkir.

Yaxşı yadımdadır, rəhmətlik Hacıbaba Bağırov Musiqili Komediya Teatrına rəhbərlik edəndə mənim təqdimatımla 12, ya 15 istedadlı tələbəmi işə qəbul etmişdi. Mənim təqdimatım kifayət etmişdi. Bu gün həmin aktyorlar teatrda aparıcı obrazlar ifa edirlər. Bu gün bu mümkün deyil. Mən bu yaxınlarda iki istedadlı tələbəmin teatra qəbul edilməsi ilə bağlı Musiqili teatrın baş rejissoru Cavid İmamverdiyevə müraciət etmişdim. O da həmin iki nəfəri: Rüfət Umudov və Əlizaman Abbasovu qəbul etdi, səslərini dinlədi. Onların hər ikisi Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru kursunu bitiriblər. Hər ikisi gənc boy-buxunlu, səs çalarları və istedadları ilə teatr üçün tapıntı idi. Baş relissor C.İmanquliyev teatrın direktoruna gənc kadrların işə qəbulu ilə bağlı müraciət edəndə, o, deyib ki, ştatda yer yoxdur. Beləliklə, gənc kadrlar teatrdan uzaq düşüblər. Axı istedadlı insanları teatrdan uzaqlaşdırmaq olmaz. 

İndi isə, teatrın daha bir vacib sahəsi haqqında fikirlərimi bildirmək istəyirəm. Teatrın repertuar məsələsi vacib məsələdir.  Hamımız yaxşı bilirik ki, teatrların repertuarı onların simasıdır. Bu gün belə bir dəb yaranıb. Teatrlar yeni-yeni layihələr meydana çıxarırlar.  Teatrın işi yeni tamaşa hazırlamaqdır. Rəhbər işləyən biri deyir ki, bu mənim layihəmdir. Bu anlaşılmazlıqdır. Bu tamaşadırsa, bunun  rejissoru, bəstəkarı, rəssamı və sair olmalıdır. Hər şayi ümumiləşdirib, bir nəfərin adına çıxmaq olmaz. Adını da islahat qoyuruq. Amma, biz islahat etmirik, islahat adı altında olanları dağıdırıq, parçalayırıq, məhv edirik.

Mən illərin təcrübəsindən çəxış edərək, belə düşünürəm. Bəlkə kimsə deyə bilər ki, dediklərim bir qədər kəskin oldu. Amma, kəskin olsa yaxşıdır. Həqiqəti heç kim demir və ya demək istəmir. Hər yerdə başdan-başa tərifdir. Hamı həyatda “yaxşı adam” rolunu oynamaq istəyir.

Unutmamalıyıq ki, dünya qloballaşır. Biz istəsək də, istəməsək də müasirləşməliyik. Məsələn, mən düşünürəm ki, niyə teatrlar birləşib, müştərək bir tamaşa hazırlamasın? Milli futbol yığmamız üçün müxtəlif komandalardan oyunçular toplanmır? Teatrda da bu təcrübədən istifadə etmək olar. Şəhər və bölgə teatrlarından toplanmış aktyor heyətindən maraqlı bir tamaşa meydana qoymaq olar. Söhbət milli teatrın gələcək inkişafından gedirsə, niyə də yox? Niyə bir aktyor uğun olub, olmamağına baxmayaraq, eyni bir teatrda illərlə qalıb, fəxri ad və sair gözləyə-gözləyə qalmalıdır? Bəlkə digər teatrda o, istedadını daha çox biruzə verə bilər. Bəlkə tam yeni bir müqavilə sisteminə keçək. Bütün hallarda teatrların strukturunda köklü dəyişikliklər aparılmalıdır. Dövrə uyğunlaşmaq lazımdır. Zaman dəyişib. Hamı zamanın dəyişməyini bilə-bilə nəyi isə gözləyir. Sabah fəxri ad alaram. Sabah mükafat araram. Sabah, sabah olacaq. Sabah yoxdur. Sabah qurtarıb. Sabahı bu gündən başlamaq  lazımdır. Gözləmək olmaz. Tamaşaçı yüksək peşəkar səviyyəli tamaşa gözləyir. Onun üçün aktyorun hansı teatrdan olmağının heç bir əhəmiyyəti yoxdur. Aktyor GTT-dan da ola bilər, Akademik Milli Dram Teatrından da, Naxçıvan, Gəncə, Şəki və ya Lənkəran Dram Teatrından da… Əsas olan yüksək, çox yüksək peşəkar səviyyəli tamaşadır. Yeganə bir məqsəd var: tamaşaçını mükəmməl səhnə nümunəsi ilə heyrətləndirmək. Bax, layihə budur. İstedadlıları bir araya gətirmək lazımdır.

Rəhmətlik Tofiq Kazımov yeni teatr yaratmaq uğrunda mübarizə aparıb, gənclərə önəm verirdi. Amma bir şərtlə ki, gənclər istedadlı olsun. Tofiq Kazımovun bir sözü var idi. Deyirdi ki, hər yeni tamaşada teatra iki yeni qan vurulmalıdır. Həmin yeni tamaşada bir yeni qız, bir yeni oğlan olmalıdır. Bu yenilənmə deməkdir. Bu gün teatrlarda istedadsızlar çoxalıb. Onlar istedadlılara imkan vermirlər. Onların istəkləri də artıb. Çünki onların arxaları var. Məmurlara belələri sərf edir. Amma unutmaq olmaz ki, teatra olan münasibət əvvəlki deyil. İnsanlar artıq yalana inanmırlar. Yalan bir dəfə olar. Teatr isə, həqiqəti deyən və nümayiş etdirən yeganə yerdir, güzgüdür. Güzgü  həqiqəti göstərməlidir. Yalan və naqislik olanda, tamaşaçı inanmır.

Bəzi rejissorlar tamaşalarda elə mizan verirlər ki, “adamın dəymişi qala-qala kalı tökülür”. Bu mizanları mizandan başqa nəyə desən oxşatmaq olar. Mizan adına aktyor sağdan sola, soldan sağa və sair gedir. Niyə getdiyinin səbəbini isə bilmir. Və ya səhnədə aktyor elə çığırır, elə bağırır ki, sanki tamaşadan sonra tamaşaçı döyüşə gedəcək. Bu teatr deyil, bu islahat deyil. Əgər islahat budursa, demək biz teatrı dağıdırıq. Teatr dövrün novator fikirlərini tamaşaçılara çatdırmalıdır. Teatr zamanı qabaqlamağı, tamaşaçını arxasınca aparmağı qarşısına məqsəd qoymalıdır. Biz teatrla bağlı çatışan və  çatışmayan cəhətlərimizi deməliyik. Bir-birimizi nə qədər aldatmaq olar. Nə qədər deyək ki, hər şey yaxşıdır. Hər şey yaxşı deyil axı.

Hər teatrın öz spesifikası, öz siması və öz repertuarı olmalıdır. Məsələn, “Leyli və Məcnun” Opera və Balet Teatrında da gedir, Musiqili Teatrda da. “Mənim günahım” “Azdrama”da da gedir, digər bir teatrda da. Bu siyahını uzatmaq olar. Bəs teatrların ədəbi hissə müdirləri hara baxırlar? Onlara işləməyə imkan verirlərmi? Əlbəttə, yox və bir də yox. Bu da bir problemdir.

Belə məlum olur ki, teatrların strukturu dağıdılıb. Elə bil tərsinə çevrilb. Elə bil ki, hər şeyi qəsdlə dağıdıblar. Mən heç də bütün bunları  özümə görə yox, gələcək nəsillər üçün deyirəm. Yeni ideyaları qorumaq lazımdır. Amma bəzən yeni ideyanı bilərəkdən məhv edirlər.

Mən vaxtı ilə “İlham” miniatür teatrı yaratmışdım. Bir neçə teatrdan istedadlı gəncləri bir araya toplamışdım. GTT-da bizə yer vermişdilər. Sonra bir neçə teatrı bu teatra birləşdirəndən sonra bizim üçün problem yarandı. Teatra topladığım insanlar dağılışdılar. Beləliklə teatrın normal fəaliyyətinə bilərəkdən maneə törətdilər.

Teatrla bağlı problemlərdən danışırıqsa, bədii şura haqqında da danışmalıyıq. Bu çox ciddi məsələdir. Tam cəsarətlə deyə bilərəm ki, heç bir teatrda bədii şura yoxdur. Bəbii şura yerinə bütün məsələləri bir nəfər həll edir. Heç bir kollegialıqdan söhbət belə gedə bilməz. Əslində isə bədii şurada müxtəlif peşəkar insanlar olmalıdır ki, teatrın normal repertuarı haqqında fikir yürüdə bilsinlər. Teatrın bədii şurasında dramaturqlar, bəstəkarlar, rejissorlar, rəssamlar və aktyorlar olmalıdır.

Bu məqamda haşiyə çıxıb, daha bir məsələ ətrafında fikirlərimi hörmətli oxucularla bölüşmək istəyirəm. İlk baxışdan adi görünən bir məsələ, əslində çox ciddi məsələdir. Teatrlarda afişa məsələsi haqqında danışmaq istəyirəm. Afişa  teatrın tarixidir. Teatr mütəxəssisləri teatrın tarixini afişalar vasitəsi ilə müəyyən edirlər. Afişalarda tamaşalarda əsas obrazları ifa edən aktyorların şəkilləri verilirdi. Afişalar aparıcı aktyor-ların şəkiləri ilə tamaşaçını teatra cəlb edirdi.

Konkret misal çəkim. İki il bundan əvvəl Musiqili Teatrda Ramiz Mirişli ilə Tamara Vəliyevanın “Dəyərəm min cavana” tamaşa.

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …