Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Lotu Quli buna qadağa qoydu, ona görə Qobustanda qiyam başladı – Arif Hacılı

Lotu Quli buna qadağa qoydu, ona görə Qobustanda qiyam başladı – Arif Hacılı

Ramana həbsxanasında olduğum zaman orada cəza çəkən 700 dustağın təqribən yarısı narkotiklə bağlı həbs olunanlar idi. Orada hər kəs bilirdi ki, narkotik alveri hökumətin bəzi nümayəndələrinin himayəsi altındadır. Konkret adlar çəkilirdi.

Bu sözləri Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edib.

“Həmin həbsxanada isə narkotik istifadəsi, satışı yox dərəcəsindəydi. Rəis icazə vermirdi. 14-cü Qızıldaş həbsxanasında da ən ağır rejim tədbiq olunsa da, narkotik geniş yayılmamışdı. Orada da “qırmızı zon” olduğu üçün icazə vermirdilər.

Həmin vaxt Nadir Səlifov (Lotu Quli) Qobustan qapalı həbsxanasından “praqon” göndərib narkotik dövriyyəsinə qadağa qoymuş, narkomanları “seryozdan kənar” elan etmişdi. Bu da ona çox baha başa gəldi.
Onun ciddi rejimli həbsxanaya köçürülməsini, bu zaman həbsxanalarda baş verən qiyamları xatırlayırsızmı?
Qanuni oğru narkotikə qadağa qoymaqla bu biznesdən milyonlar qazanan admnistrasiyanın maraqlarına toxunmuşdu.

Yəni hakimiyyətdə olanların himayəsi olmadan narkotik alverinin indiki səviyyədə vüsət alması mümkün deyil.

Son zamanlar narkomaniyaya qarşı genişlənən hərəkatın çox böyük əhəmiyyəti var. Müsavat Partiyası olaraq bu prosesə ciddi dəstək vermək niyyətindəyik. Ancaq yalnız ictimai qınaq, ictimai mübarizə bu dəhşətli bəlanın qarşısının alınması üçün yetərli deyil.

Hakimiyyətdə olanların himayəsi olmadan narkotik dövriyyəsi və istifadəsinin vüsət alması mümkün olmadığı kimi, hakimiyyətin konkret proqramı, DİN, DTX, DSX və digər dövlət qurumlarının ardıcıl fəaliyyəti olmadan indi artıq ümumilli problemə çevrilən narkomaniyanın qarşısının alınması da mümkün deyil.
Narkomaniyaya qarşı mübarizə məsələsi dövlət səviyyəsində müzakirəyə çıxarılmalı, bu barədə müvafiq dövlət proqramı hazırlanaraq həyata keçirilməlidir”, – o bildirib. Bakupost.az

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …