Ana səhifə / Cəmiyyət / Lider TV-nin tanınmış əməkdaşı futbol meydançasında vəfat etdi…

Lider TV-nin tanınmış əməkdaşı futbol meydançasında vəfat etdi…

Lider TV-nin tanınmış əməkdaşı İlqar Qulusoy bu gün, təxminən 1 saat əvvəl vəfat edib.

Belə ki, o, dostları ilə “Azərbaycan” nəşriyyatının həyətindəki meydançada futbol oynayarkən qəfil başını tutaraq yıxılıb. Dostları nə baş verdiyini anlayana qədər isə, o, dünyasını dəyişib.

İlkin ehtimala görə, İlqar Qulusoy ürəktutmasından vəfat edib.

Həmkarlarımızdan aldığımız məlumata görə, hadisə yerinə çağırılan təcli yardımın həkimləri onun nəşini ekspertizaya aparıblar…

Onu da qeyd edək ki, İlqar Qulusoy ailəli idi. Onun 36 yaşı vardı…

Azinforum.az dəyərli həmkarımızın vəfatından kədərləndiklərini bildirir, mərhuma Allahdan rəhmət, əzizlərinə səbr diləyir!

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın