Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Lerikin başçısı vətəndaşın torpağını mənimsəyib – ŞİKAYƏT

Lerikin başçısı vətəndaşın torpağını mənimsəyib – ŞİKAYƏT

Lerik sakini Eldəniz Quliyev  60 sot torpağının icra başçısı Rövşən Bağırov tərəfindən zorla alındığını bildirir.

Azinforum.az  xəbər verir ki, rayonun Nəriman Nərimanov küçəsi ev 21-də yaşayan Eldəniz Şadkamal oğlu Quliyev dövlət qurumlarından kömək istəyib. O bildirib ki, onun 60 sot qanuni sənədi olan həyətyanı sahəsini Lerikin icra başçısı Rövşən Bağırov zorla ondan alıb: “Lerik rayonunda 60 sot qanuni mülkiyyətimi zorla əlimizdən alıblar. Bunun səbəbi odur ki, mənim torpağım dövlət əhəmiyyətli obyektin tikintisi üçün plana düşmüşdü. Bunun müqabilində mənə kompensasiya vermədilər”.
Vətəndaş həmçinin icra başçısının təzyiqlərindən bezərək özünü yandıracağını da istisna etməyib:

“Faktiki rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 245 246 247 -ci maddələrini kobud şəkildə pozub, bizim hüquqlarımızı tapdalayıblar. Ailəmizin razılığı olmadan torpaq sahəmizi satıblar. Orada əkdiyimiz taxıl zəmisini texnikanın qabağına verib məhv ediblər. Mənə deyirlər ki, prezidentin sərəncamı var və biz bu ərazini almalıyıq. Amma mənə heç bir kompensasiya ödəmirlər. Əgər bu təzyiqlər davam edərsə, özümü azyaşlı körpələrimin gözü qarşısında İcra Hakmiyiyyətinin qarşında yandıracam. Bizi özümüzü öldürmək həddinə çatdırıblar. Bu məsələdə hər zaman haqq sözünü deyən, hüququ pozulanların arxa-dayağı olan insanlardan, ölkə rəhbərliyindən, mətbuatdan kömək istəyirəm. Xahiş edirəm, 75 yaşlı anamın və körpələrimin ah-naləsini yerdə qoymayın”.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın