Ana səhifə / Cəmiyyət / Lerikdə naməlum uçan obyekt göründü… – FOTO

Lerikdə naməlum uçan obyekt göründü… – FOTO

Lerik rayonu ərazisində naməlum uçan obyekt görünüb.

Moderator.az xəbər verir ki, bu haqda foto və məlumatı  rayon sakini Cəlal Xudaşov “Facebook”da   paylaşıb. O, NUO-nu dekabrın 24-ü  rayonun Ordahal kəndi ilə Buruq kəndləri arasındakı yolla gedərkən görərək telefonun kamerasına çəkdiyini iddia edir. Əməkdaşımız gözlənilməz olayın şahidi ilə telefon əlaqəsi saxlayıb. C.Xudaşov bildirib ki, yolla getdiyi zaman gözlənilmədən səmada naməlum dairə şəkilli, açıq qara rəngli obyekt görüb.

“Onun üzərində işıqlar da sezilirdi. Sadəcə, telefonun kamerası zəif olduğu üçün əks olunmayıb.  Gözlənilmədən görünən obyekt  15-20 saniyə ərzində yuxarı qalxaraq yox oldu…” deyə Lerik sakini bildirib.

P.S. Ən doğrusunu Allah bilər…

Sultan Laçın

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …