Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Lerik sakini artezian su quyusu qazan texnika düzəldib (VİDEO)

Lerik sakini artezian su quyusu qazan texnika düzəldib (VİDEO)

Lerik sakini dağlığ ərazidə su quysu qazmaqdan ötrü maşın düzəldib. Bir neçə avtomobilin ehtiyat hissələrindən yığılan maşın dağlığ ərazidə əl əməyi ilə bir aya qazılan artezian su quysunu 5 günə qazır. Həm də daha dərin.
Lerik rayonu, Perzəküçə kənd sakini Neymət Əliyev bu texnikanı düzətməkdən ötrü 40 min manatdan çox pul xərcləyib.
O, maşının hazırlanmasında kombayn və traktorların ehtiyat hissələrindən istifadə edib. Yeni texnikanın elektrik işlərini də özü görüb. Quyu qazan maşın dizel yanacağı ilə işlədiyindən yanacağa daha az vəsait sərf olunur.
O deyir ki, bəzi vətəndaşlar quyu qazmaq üçün əl əməyindən istifadə ediblər. Bu üsulla qazılan quyular həm dərin olmurdu, həm də daha çox vaxt gedirdi. Ancaq yeni qurğuyla 5 gün ərzində 50-60 metr derinlikdə artezian su quyusunu qazmaq mümkündür. Texnikanın köməyi ilə qazılan quyunun hər metrinə görə sakinlər 20-25 manat pul ödəyir.
Neymət Əliyev su quyusu qazan texnikanı peşəkarlarla birlikdə daha da təkmilləşdirmək niyyətindədir.


Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …