Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Latviya jurnalından təxribat – Ermənistan Bakı fotosu ilə – FOTO

Latviya jurnalından təxribat – Ermənistan Bakı fotosu ilə – FOTO

Latviyanın məşhur “Kapitals” jurnalı Ermənistan haqqında məqalə yazıb.

 Publika.az xəbər verir ki, jurnalda yayımlanan məqalənin fotosu Ermənistan kimi təqdim olunan Bakının məşhur “Alov qüllələri”dir. Jurnalda fotonun savadsızlıqdan və ya məsuliyyətsizlikdən verildiyi məlum deyil.

 

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Publika.az-a məqalədən xəbərsiz olduğunu və bu barədə hər hansı şərh vermək istəmədiyini bildirdi.

 

Qeyd edək ki, jurnal 1998-ci ildən nəşr olunur və bir sıra qalmaqallı məqalələrilə məşhurdur.

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın