Ana səhifə / Cəmiyyət / “Laçın” Ticarət Mərkəzinin qarşısında etiraz aksiyası – hadisə yerinə icra başçısı gəlib (Yenilənib)

“Laçın” Ticarət Mərkəzinin qarşısında etiraz aksiyası – hadisə yerinə icra başçısı gəlib (Yenilənib)

Saat 18.03.

“Laçın” Ticarət Mərkəzində çalışan ticarətçilərin Azinforum.az-a verdiyi məlumata görə,  icra başçısı Arif Qasımovun məsələyə müdaxiləsindən sonra,  sözügedən ərazidə avtomobillərin parklanması əvvəlki ritminə düşüb. 

 

****

Azinforum.az xəbər verir  ki , bu dəqiqələrdə 8 km ərazisində yerləşən “Laçın” Ticarət Mərkəzinin qarşısında bir qrup vətəndaş magistral yolu bağlamağa cəhd edib. Azinforum.az-ın hadisə yerində olan reportyorunun verdiyi məlumata görə, vətəndaşların etirazına səbəb kimi, Nizami rayon Dövlət Yol Polisi əməkdaşlarının ticarət mərkəzinin qarşısında avtomobillərin park edilməsinə qoyduqları qadağa səbəb olub. Müxbirimiz bildirir ki, aksiyada iştirak edənlərin əksəriyyəti ticarət mərkəzində çalışanlar olub: “Onları məcbur edirlər ki, parkomantlar olan yerdə avtomobillərini saxlasınlar. Satıcılar isə bildirirlər ki, hər gün 10 saat bazarda al-ver edirlər bunun üçün də parkomata gündə 5-6 manat ödəməyə gücləri çatmır.  Hadisə yerinə Nizami rayonuna yeni təyin edilən icra başçısı Arif Qasımovun  gəldiyi və aksiya  keçirənlərə onların avtomobillərinin dayanacaq məsələsi əvvəlki qaydada öz həllini tapacağına dair söz verdiyi deyilir”.

Azinforum.az hadisə yerindən çəkilən özəl videokadrları təqdim edir.

Çinarə Seyidova

Azinforum.az

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın