Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Lənkəranlı rəisə  ağır ittiham: “Bu qədər imkanı ola-ola uşağı əllərdə qalıb”

Lənkəranlı rəisə  ağır ittiham: “Bu qədər imkanı ola-ola uşağı əllərdə qalıb”

Lənkəran şəhər sakini İsmayılova Səbahət Kərim qizi ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik Nəsimi Nəriman oğlu Məmmədovun vəzifə salahiyətlərindən sui-istifadə etdiyini açıqlayıb.

Dosye.org-a müraciət edən rayon sakini N.Məmmədovun məhkəmə çəkişməsində saxta sənədlərdən istifadə etdiyini qeyd edib:

 

“Miranənin (övladının – red.) atası qonşum idi. Amma narkoman olduğunu bilməmişdim. Miranə 4 aylıq olanda atası həbs olundu. 2 dəfə təkrar həbs olunduğu üçün ayrıldım. Anamın evində qalırdım. Bir dəfə evimizə oğru girmək istəyirdi, 102-yə zəng vurduq, polislər gəldi. Sonra anamı sorğu-suala tutdular. Barəmizdə məlumat topladılar. Bir gün anamı polisə çağırdılar. Demə, bu adam Lənkəran yol polisinin rəisi Nəsimi Məmmədov imiş. Anama bildirib ki, 1 qız övladım var, yoldaşımın uşağı olmur, Səbahəti ver mənə, oğlan doğsun, onu gözüm üstə saxlayaram.

 

8 ay evdə söz-söhbət oldu. Onu ər olaraq qəbul etdim, inandım. Tək övlad olduğum üçün ev də aldırmadım. Heç adıma bir qızıl da almadı. Fikirləşdim ki, etibar etmir, öyrəşəndən sonra düzələr. Hər dəfə hamilə qalanda deyirdi ki, saldır. 7 il bundan öncə qərara aldım ki, saldırmayacağam. Mən bunu ər kimi qəbul etmişəm, aşna kimi yox. Elə ki, bildi hamiləyəm, mənimlə yola getmədi, arayıb axtarmadı. DİN-ə ərizə yazdım. Bunu bilib “uşaq məndən deyil” deyərək məni Cinayət Məcəlləsinin 178.1 178.2-ci maddələri ilə cinayət işi açılması üçün məhkəməyə verdi. Məhkəmədə qalib gəldim. Apelyasiya şikayəti verdi, orada da bəraət aldım. Sadəcə, uşaq məsələsini hökmdən çıxardılar ki, mən mülki qaydada məhkəməyə verim. Məhkəmə yollarına, vəkilə pul xərcləməkdən korluq çəkirdim. Odur ki, mülkü qaydada iddia qaldıra bilmədim.

 

Hazırda isə uşaqlar böyüyüb, maddi durumum yaxşı deyil, vəziyyətimiz acınacaqlıdır. 2 ay öncə polis rəisinin müavininin qəbuluna getdim. Xahiş etdim ki, Nəsimiyə təzyiq göstərsinlər, uşağına pul göndərsin. Nəsimi müəllimin öz müavininə zəng etdim, xahiş etdim, yenə alınmadı. Qalmışam belə. Anam da bərk xəstədir, şəkərdir. Bu günahları Nəsimi necə daşıyır? Mənim həyatımı məhv etdi, cəhənnəm olsun, bu qədər imkanı ola-ola uşağı əllərdə qalıb”.

 

Araşdırmalar nəticəsində məlum oldu ki, Lənkəran şəhər Yol Polisi Şöbəsinin rəisi Nəsimi Məmmədov özünü müdafiə etmək üçün vətəndaş Səbahət İsmayılovanı xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmə isə qanunun aliliyini nəzərə alaraq iddianı ləğv edib.

 

Vətəndaşın şikayət məktubunda adı hallanan Nəsimi Məmmədov sözügedən sayta açıqlama verməkdən imtina edib.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın