Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Lənkəranda dini radikalizm və erkən nikaha dair tədbir keçirilib

Lənkəranda dini radikalizm və erkən nikaha dair tədbir keçirilib

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə rayonun Vilvan kənd tam orta məktəbində dini radikalizm, erkən nikan və onların fəsadları, həmçinin yollarda təhlükəsizliyin təmini mövzusunda tədbir keçirilib.

Xocalı soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş digər şəhidlərimizin əziz xatirəsi yad edilib. Xocalıda baş verən qırğınların Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğu, qan yaddaşımıza həkk olunan bu hadisənin heç vaxt unudulmayacağı bildirilib.

Daha sonra çıxış edən Lənkəran ŞRPŞ-nin YYÇPİTQ-nun inspektoru, polis baş leytenantı Orxan Şahmarov bəzi hallarda yeniyetmə və gənclərin tam orta təhsilini yarımçıq qoyaraq müxtəlif səbəblərdən qanunsuz olaraq erkən nikaha daxil olması və bunun törətdiyi fəsadlardan, bu kimi hallara qarşı Azərbaycan Respublikasının Ailə Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş müddəalardan, məsuliyyət və cəzalardan, erkən nikaha girmiş şəxslər ayrıldıqdan sonra meydana çıxan problemlərdən danışıb.

ŞRPŞ-nin dövlət yol polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Emil Vəliyev isə yollarda hərəkətin təhlükəsizliyi ilə bağlı çıxış edərək bildirib ki, belə görüşlərin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir. Dövlət Yol Polisi tərəfindən görülmüş profilaktik tədbirlərin nəticəsidir ki, qəzalarda ölən və yaralananların sayında əvvəlki illərə nisbətən azalma müşahidə olunur. Şagirdlərə yol hərəkəti ilə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib və qaydalara əməl etmək, piyada keçidlərindən düzgün istifadə etmək barədə tövsiyyələr verilib.

Tədbirdə həmçinin “Dövlət-din münasibətlərinin Azərbaycan modeli” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidlinin çıxışı dinlənilib. Azərbaycanın bölgələrində milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirildiyi, millətlərarası ünsiyyətin yüksək səviyyədə olduğu qeyd olunub. Bildirilib ki, ölkəmizdə dinlərarası heç bir ziddiyyət yoxdur. Məhz buna görə də Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikulturalizmin hökm sürdüyü ölkəyə çevrilib.

 

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …