Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Kursantların andiçmə mərasimi keçirilib

Kursantların andiçmə mərasimi keçirilib

Bilik Günü münasibəti ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə yeni qəbul olunan kursantların andiçmə mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib.

Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi liseyin döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.

Tədbirdə çıxış edənlər bayram münasibətilə kursantları təbrik edib, onlara tədrisdə və hərbi hazırlıqda uğurlar arzulayıblar. Daha sonra sıra meydanında gənc kursantlar şərəf andı içiblər.

Hərbi liseyin şəxsi heyəti “Naxçıvanskilər” marşını ifa edib. Mərasim şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçməsi ilə başa çatıb.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …