Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / “Kupça” problemləri, evsiz vətəndaşlar: “Məmurlar rüşvət aldıqları üçün…”

“Kupça” problemləri, evsiz vətəndaşlar: “Məmurlar rüşvət aldıqları üçün…”

Son illərdə vətəndaşların yaşadığı ünvanda qeydiyyata düşmə məsələsində ciddi problemlər yaranıb. Belə ki, bəzi şəxslərin rəsmi qeydiyyatda olduğu ünvanla faktiki yaşayış yeri eyni deyil. Çünki ölkəmizdəki yeni tikililərin və ya həyət evlərinin çıxarışı yoxdur, yalnız bələdiyyə sənədi var. Buna görə də vətəndaş öz yaşadığı yerə qeydiyyata düşmək istəsə, məhkəmələrdə “sürünür”. Bundan əlavə, ötən illərdə insanlar polis şöbələrinin inzibati binasında qeydiyyatda idi. Amma indi bu proses də yığışdırılıb.

Bəs, insanlar əziyyət çəkmədən necə qeydiyyata düşə bilər? Əgər qohumlar və yaxud dost-tanış sizi qeydiyyata salmırsa, bu halda nə etməli? DİN niyə insanları inzibati binadan qeydiyyatdan çıxarıb?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən hüquqşunas Əkrəm Həsənov bildirib ki, müxtəlif sənəd problemlərinə görə DİN bu addımı atıb:

“Mənə həmişə maraqlı gəlirdi ki, evi olmayan vətəndaş niyə polis şöbəsində qeydiyyatdan keçməlidir ki? Sanki özümüz özümüzü aldadırıq. Vətəndaş seçki hüququndan necə istifadə edir? Yaşayış yeri vasitəsi iləSizi kimsə məhkəməyə versə necə verir? Ünvanınızla.

Ümumiyyətlə, qeydiyyat məsələsi sadəcə sənəd üstündə keçərlidir. Amma bu qeydiyyat məsələsinə görə insanları incitmək düzgün deyil. Elə insanlar var ki, polis şöbəsində qeydiyyatdan çıxarılıb, buna görə də şəxsiyyət vəsiqəsi də qüvvədən düşür.

Qeydiyyatımın olmaması mənim günahımdır? Evim yoxdur deyə, hər şeydən mərhum olmalıyam?

Bir qayda olaraq bütün evi olmayan vətəndaşlar hər-hansısa qurumda qeydiyyata salınmalıdır. DİN-in insanları qeydiyyatdan çıxarmağı normaldır. Lakin bu o demək deyil ki, insanları incitmək lazımdır”.

O həmçinin qeyd edib ki, əgər hansısa daşınmaz əmlak dövlət reyestrində portala salınmayıbsa, orada qeydiyyata düşmək mümkün deyil:

“Bu qanunən belədir. Həmin binaları və həyət evlərini qanunsuz tikili adlandırırlar. Əgər çıxarış yoxdursa, rəsmi qeydiyyat təmin edilməlidir. İllərdir ki, bu söhbət davam edir. Amma etmirlər. Çünki məmurların əsas korrupsiya mənbəyi elə həmin tikililərdir”.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …