Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Kupça” almaq aslanşdı – VİDEO

“Kupça” almaq aslanşdı – VİDEO

Vətəndaşlar bundan sonra daşınmaz əmlakın mövcudluğu barədə arayışı elektron qayda da ala bilərlər. Əmlak Məsələləri Dövlət Xidməti “daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidməti istifadəyə verib. Bununla da vətəndaşların xidmətin idarələrinə gedib vaxt itirməsinə ehtiyac qalmayacaq.

Vətəndaşlar adlarına daşınmaz əmlakın olub-olmaması barədə arayışı  artıq elektron qayda  əldə edə biləcəklər. Bununla da onların Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi idarələrinə getməsinə ehtiyac qalmayacaq.

Bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidmətini istifadəyə verib. Xidmətin əməkdaşı Elşad Məmmədovun sözlərinə görə, vətəndaşlar müxtəlif dövlət qurumlarına təqdim etmək üçün Daşınmaz əmlakın mövcudluğu barədə arayışı xidmətin ərazi idarələrinə gəlməklə əldə edirdilər. Bu isə onların əlavə vaxt itirməsinə səbəb olurdu.

Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması ilə bağlı müraciət etmək istəyən şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına  daxil olmalıdırlar. Bundan sonra, “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə keçid edərək şəxsə aid tələb olunan məlumatlar daxil edilir.

Arayış hazır olduqdan sonra müraciət edən şəxsə xidmət haqqının onlayn qaydada ödənilməsi ilə bağlı SMS bildirişi göndərilir. Xidmət haqqı ödənildikdən sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə daxil olaraq “Elektron arayışlarım” alt bölməsindən ona məxsus daşınmaz əmlaka dair arayışla tanış olur. Müraciət edən şəxsin adına hər hansı daşınmaz əmlak aşkar edilmədikdə, xidmət haqqı tələb olunmur. İstifadəçinin adına daşınmaz əmlakın mövcud olmaması barədə SMS bildiriş həmin şəxsin mobil nömrəsinə göndərilir.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …