Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Kreditlərlə bağlı GÖZLƏNTİ: Məhkəmə çəkişmələri, yoxsa?

Kreditlərlə bağlı GÖZLƏNTİ: Məhkəmə çəkişmələri, yoxsa?

Xəbər verildiyi kimi, Konstitusiya Məhkəməsi problemli kreditlərlə bağlı növbəti qərar verib. 

Qərarda deyilir ki, Mülki Məcəllənin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycanın  pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Bu qərar mahiyyətcə əvvəlki qərarlarla eynilik təşkil edir. Ehtimal olunur ki, növbəti mərhələdə problemli kreditlərlə bağlı vəziyyət daha da gərginləşəcək. Müştəri və bank arasındakı çəkişmələr artacaq.

Məsələni iqtisadçı-ekspert Razi Abbasbəyli ilə müzakirə etdik. O, Cebhe.info-ya açıqlamasında deyib ki, Konstitusiya Məhkəməsinin verdiyi qərar əslində bank sektoruna ziyan vurur:

“Problemli kreditlərlə bağlı vəziyyət gərgindir. Vətəndaşların ödəniş qabiliyyətinin aşağı düşməsi, dollar kreditləri ilə ödəniş etmələri problemli kredit portfelində nəzərəçarpacaq dərəcədə artım yaradıb. Bundan həm banklar, həm idarə sektoru, həm sahibkarlar, həm də orta təbəqə əziyyət çəkir. Mərkəzi Bank bununla bağlı konfidensiallaşdırma aparmaılmalı idi. Təssüf ki, Konstitusiya Məhkəməsinin verdiyi qərar heç də müsbət mənada olmadı. Vəziyyət getdikcə daha da ağırlaşır”.

Ekspertin sözlərinə görə  müştərilər bağlanan müqavilələrə görə vəziyyəti dəyərləndirib dolların kursunu köhnə və ya yeni məzənnə ilə ödəyə bilərlər:

“Bankların bu şansı artıb. Amma inanmıram ki, banklar buna gedələr. Buna ilk növbədə Mərkəzi Bank getməlidir.  Banklar əziyyət çəkir. Mərkəzi Bank da kömək etməlidir ki, banklar da dollar krediti ilə bağlı əziyyət çəkən müştərilərə müəyyən güzəştlər etsin. Çünki bankların  bugünkü aktivləri ilə vəziyyət heç də yaxşı deyil. Aktivlərində heç də uğurlu yığım yoxdu, əmanət yığımlarında isə daha da azalmalar var. Bu baxımdan hesab edirəm ki, Mərkəzi Bank yaxın zamanlarda bir qərarı verməlidir. Qeyd edim ki, vəziyyət əvvəlki qədər də dramatik deyil. Çünki müəyyən mənada ödənişlər edilib. Yerdə qalan bir neçə mərhələ üzrə dollar kreditlərinə güzəşt tətbiq oluna bilər. Məsələn, ilkin mərhələdə 1000-1500 həcmində olan kreditlər köhnə kursla ödənişlər müəyyən sığorta indeksləşdirmələri həyata keçirilməlidir. Digər mərhələlərdə isə təxminən 5000 dollara yaxın sığorta indekləşdirməsi aparıla bilər. Bu mərhələli şəkildə həyata keçirilə bilər. Söhbət xırda kreditlərdən gedir. Çünki orta sahibkarlıq sonuncu devalvasiyadan sonra çox ciddi ziyan görüb. Bunu sığortalamaq, qarşılamaq lazımdır. Mərkəzi və yerli banklar bu sahədə işləməlidir”.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …