Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Koronavirusdan sağalan bəstəkar: “Yoluxanlar çoxalsa da, mən…“

Koronavirusdan sağalan bəstəkar: “Yoluxanlar çoxalsa da, mən…“

Xalq artisti Faiq Sücədinov koronavirus infeksiyasına yoluxaraq müalicə olunub.

Bu barədə Yenisabah.az-a bəstəkar özü məlumat verib. 73 yaşlı sənətçi virusa yoluxduğunu, xəstəxanada müalicəsini tamamlayaraq evə buraxıldığını bildirib:

“Bu virusa mən də yoluxdum. Artıq sağalmışam, xəstəxanada müalicələrimi tamamlayıb evə buraxıldım. Hazırda vəziyyətim yaxşıdır. Xəstəliyi hamı kimi keçirdim, şükür ki, bitdi. Artıq yaradıcılıq işlərimə də geri dönmüşəm. Müharibə gedən müddətdə də yazıb yaratmağa davam edirdim. Sözün düzü, elə ona görə xəstələndim. Çünki virusa yoluxanlar çoxalsa da mən davam edirdim, insanların arasına çıxırdım. Bu səbəbdən yoluxdum”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …