Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Koronavirusa görə məscidlər də bağlanıb? – AÇIQLAMA

Koronavirusa görə məscidlər də bağlanıb? – AÇIQLAMA

“İki aydan çoxdur dövlətlər, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla mübarizəyə kifayət qədər böyük vəsait ayırıb, əməkdaşlığı genişləndirib. Azərbaycanda da koronavirus yayıldığı andan etibarən xəstəliklə mübarizədə bir çox tədbirlər həyata keçirilib. Bunlardan biri də ölkə ərazisində kütləvi tədbirlərin keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq edilməsidir”. 

Bunu APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə deyib.

Onun sözlərinə görə, martın 5-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimlərinin iştirakı ilə müşavirə keçirilib: “Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli şəxsləri ilə yanaşı ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də müşavirədə iştirak edib. Müşavirədə məscid, kilsə, sinaqoq və digər ibadət ocaqlarının insanların kütləvi toplaşdıqları məkanlar olması nəzərə alınaraq insanların diqqətli olmaları, bu məsələyə həssas yanaşmalarına dair çağırışlar edilib. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin xüsusi tövsiyələri kütləvi informasiya vasitələri tərəfindən ölkə ictimaiyyətinə çatdırılıb. QMİ-nin tabeliyində olan din xadimlərinə bildirilib ki, məscidlərə gələn insanlara sanitariya-epidemioloji qaydalara riayət etmələri tövsiyə olunsun”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …