Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Komitə sədri: “Hərbiçilərə iki qat maaş lazım deyil” cümləsi Milli Məclis sədrinə aid deyil

Komitə sədri: “Hərbiçilərə iki qat maaş lazım deyil” cümləsi Milli Məclis sədrinə aid deyil

“Milli Məclisin 23 fevral tarixli plenar iclasından sonra bəzi sosial şəbəkə istifadəçilərinin bilərəkdən, ya bilməyərəkdən Milli Məclis sədrinin sözlərinin yanlış təqdimatını və bununla bağlı müzakirələrin zərərli istiqamətdə aparılmasını müşahidə etməkdəyik”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

T.Mirkişili iclasda iştirak etdiyini bildirib və məsələyə aydınlıq gətirib: Sosial şəbəkələrdə yayılan “Hərbiçilərə iki qat maaş lazım deyil” cümləsi Milli Məclis sədrinə aid deyil, dezinformasiyadır. Çıxışların əsli stenoqramlarda var. Birinci cümlə (Qarabağ döyüş bölgəsi deyil) dövlətin rəsmi mövqeyidir, biz döyüşü bitirmişik, qalib gəlmişik, bizimlə bölgədə döyüş apara biləcək qüvvə qalmayıb, ordumuz düşmənin başını əzib. Və bu cümlə guya “hərbçilərə ikiqat maaş vermək lazım deyil” anlamına gəlmir. Hərbiçilərə dövlət dəstəyi hər zaman yüksək səviyyədə olub, bu il də hərbi xərclər də artırılıb. Orduya maliyyə dəstəyi hər zaman lazımı səviyyədə olacaqdır. Müzakirələr qanunda yazılmış “döyüş bölgəsi” ifadəsinin aydınlaşdırılmasının vacibliyi ilə bitib. Qəhrəman hərbiçilərimizə yüksək qayğı və dəstəyin göstərilməsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin daim diqqətindədir. Biz də Milli Məclis üzvləri olaraq hər zaman bu siyasətin həyata keçməsində qanunvericlik fəaliyyəti göstəririk”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …