Ana səhifə / Cəmiyyət / Komitə sədri: “Əhalinin 96 faizi müsəlmandır”

Komitə sədri: “Əhalinin 96 faizi müsəlmandır”

Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrlə görüşüb.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov keçirilən görüşü universitetin həyatında əlamətdar hadisə kimi dəyərləndirib. Eyni zamanda, rektor Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maarifləndirmə istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilk olaraq ölkəmizin müstəqillik tarixi haqqında geniş məlumat verib. Komitə sədri qeyd edib ki, ölkəmizin müstəqilliyinin bərpası xalqımız üçün böyük dəyərdir: “Tariximizlə qürur duymağa haqqımız var. Azərbaycan xalqı hər zaman öz mənəvi dəyərlərini qoruyub saxlamağı bacarıb”,- deyə o əlavə edib.

Respublikamızda mövcud olan dövlət-din münasibətləri haqqında da geniş məlumat verən DQİDK sədri vurğulayıb ki, bu sahədə Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu nümunəvi siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Mübariz Qurbanlı onu da deyib ki, Azərbaycan dünyəvi, demokratik, hüquqi dövlətdir. Dünyəvilik Konstitusiyada öz əksini tapıb və ölkədə dövlət-din münasibətləri yüksək səviyyədə təşkil olunub.

Eyni zamanda, Komitə sədri Azərbaycanda ölkə əhalisinin 96 faizinin mənsub olduğu İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələrinin də qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Vurğulayıb ki, respublikamızda 35 qeyri-islam dini icması rəsmi qeydiyyatdan keçib.

Xurafatın təsirinə düşməməsi üçün gənclərin dini bilgiləri doğru mənbələrdən əldə edilməsinin vacibliyinə toxunan Mübariz Qurbanlı bu istiqamətdə tələbələrə tövsiyələrini verərək onların yad dini ideologiyaların təsirindən qorunması üçün mili-mənəvi dəyərlərə bağlı olmalarının önəmini vurğulayıb.

Sonda Komitə sədri Mübariz Qurbanlı tələbələrin suallarını cavablandırıb.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …