Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Kollegiya 18 yeni vəkilə vəsiqə verdi

Kollegiya 18 yeni vəkilə vəsiqə verdi

Ötən gün Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş 18 yeni vəkilə vəsiqələr təqdim olunub.

Qurumdan “Report”a verilən məlumata görə, vəkillik fəaliyyəti haqqında qanunvericiliyin tələbinə uyğun olaraq, şifahi müsahibədən uğurla keçmiş vəkillər tərkib etibarilə sabiq vəkillərdən, hakimlərdən, habelə hakimliyə qədərki dövrdə vəkillik fəaliyyəti ilə məşğul olan hüquqşünaslardan ibarətdir.

Tədbiri Vəkillər Kollegiyasının sədri Anar Bağırov açaraq ölkəmizdə vəkilliyin cari vəziyyəti, vəkillik peşəsinin nüfuzunun artırılması istiqamətində görülən işlər və gələcək planlar barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirin sonunda vəkillərə vəsiqələr təqdim olunub, onlara öz fəaliyyətlərində uğurlar arzulanıb və vəkillik peşəsini həyata keçirərkən yüksək vəkil adını daim uca tutmaları tövsiyə olunub.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …