Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Kolleclərə qəbulun nəticələri açıqlandı

Kolleclərə qəbulun nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 8-də saat 15:14-dən etibarən internet səhifəsində yerləşdirib.
DİM-dən verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat

Təhsil formasıQəbul planıQəbul olunubQəbulolma faizi
Azərbaycan bölməsiRus
bölməsi
Bölmələr üzrə cəmi
Dövlət ödənişsiz41664019112413199.16
Dövlət ödənişli4983480487489198.15
Özəl30028020300100.00
Cəmi94499103219932298.66

Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan abituriyentlərin sayı haqqında məlumat

Təhsil formasıQəbul planıQəbul olunubQəbulolma faizi
Azərbaycan bölməsiRus
bölməsi
Bölmələr üzrə cəmi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar805479001548054100.00
Xüsusi qabiliyyət tələb edən ixtisaslar1395120365126890.90
Cəmi94499103219932298.66

 Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada – portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcəkdir.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …