Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Köçəri Nağıbəyli: “Məkanı cənnət olsun!”

Köçəri Nağıbəyli: “Məkanı cənnət olsun!”

Azərbaycan Deportasiya Mərkəzinin sədri Köçəri Nağıbəyli Azərbaycanın sabiq prezidenti, milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım Əliyevanın vəfatı münasibətilə ailəyə və yaxınlarına başsağlığı verib:

“Bu gün çox acı xəbər aldıq. Azərbaycanın sabiq prezidenti, milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım Əliyeva vəfat edib. Öz adımdan və rəhbərlik etdiyim mərkəz adından, oğlu Ərturqut bəyə, qızı Çilənay xanıma, kürəkəni Aqil bəyə və bütün Elçibəy sevənlərə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirəm. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …