AzNews.az “Depo.Kiyev”-ə istinadən xəbər verir ki, məmurlar xüsusilə paytaxt Bakıya evlərin ərazilərinin və evyanların saxlanması, bərk məişət tullantılarından istifadə, enerjiyə qənaət və binaların təmiri ilə bağlı iş təcrübəsini öyrənmək məqsədilə gəlirlər.

Fevralın 1-dən 4-nə qədər davam edəcək səfərdə Kiyev merinin müavini Pyotr Panteleev, Departamentin mənzil və kommunal infrastrukturunun direktoru Dmitriy Naumenko və onun müavini Aleksandr Malhin də olacaq.