Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Kino çəkilişlərinə ayrılan pullar hara gedir?

Kino çəkilişlərinə ayrılan pullar hara gedir?

“Bəs pullar hara gedir?”.

Bunu Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” panelində Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinoprodüser Əli İsa Cabbarov deyib.

O hesab edir ki, pulların nələrə, hansı məqsədlər üçün xərcləndiyi açıqlanmalıdır:

“Hər il dövlət büdcəsindən kinoya 6 milyondan çox pul ayrılır. “Azərbaycanfilm”in direktoru Nazim bəy kinostudiyaya ayrılan büdcəni açıqladı. Məni çox təəccübləndirdi. Bəs bu pullar hara gedir? 2022 və 2023- cü ildə niyə film istehsal olunmayıb? Bu çox maraqlıdır”.

Qeyd edək ki, Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumunu keçirilir. Forum bu gün başa çatacaq.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …