Ana səhifə / Cəmiyyət / Keçmiş məcburi köçkünlər Qarabağa niyə köçürülmür? – AÇIQLAMA

Keçmiş məcburi köçkünlər Qarabağa niyə köçürülmür? – AÇIQLAMA

“Keçmiş məcburi köçkünlərin və qaçqınların işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi hələ də başlanmadığına görə bir sıra vətəndaşların narahatlığını başa düşürəm, lakin bir sıra iradlar əsassızdır. Belə vətəndaşlar həmin ərazilərlə əyani tanış olmadıqları üçün irad bildirirlər. Yəni, keçmiş məcburi köçkün və qaçqınların öz dədə-baba yurdlarına qaytarılmaması narazılığa səbəb olur. Lakin səbrli olmaq lazımdır. Hələ bir neçə gün əvvəl xəbər yayıldı ki, Cəbrayılın Çocuq mərcanlı kəndində bir nəfər minaya düşərək ayağını itirib. Bu gün həmin ərazilərin yaşayış üçün hazır vəziyyətdə olduğunu iddia etmək əsassızdır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Parlament üzvü bildirib ki, hansısa bölgənin yaşayışa əlverişli olması üçün orada infrastruktur qurulmalıdır: ” Misal üçün, Cəbrayılda yaşayış üçün yararlı bir mənzil belə yoxdur. Eynilə də, Ağdamda, Füzulidə də vəziyyət eynidir. Ərazinin yaşayışa yararlı olması üçün yaxınlıqda məktəbin, xəstəxananın, iş yerlərinin olması vacibdir. Yəni, işğaldan azad edilmiş ərazilərdə kompleks işlər görülməlidir. Məcburi köçkünlərin öz doğma yurdlarına köçürülməsinə irad bildirənlər oradakı vəziyyətlə tanış deyillər. Ərazilərdə infrastruktur yaratmadan, minatəmizləmə əməliyyatı həyata keçirmədən əhalini köçürmək mümkün deyil. Tutaq ki, hansısa vətəndaş gedib uçuq bir evdə yaşadı, bəs övladı məktəbə necə gedəcək?! Vətəndaşların narahatlığını başa düşürəm, lakin bu məsələdə tələsməməyi tövsiyə edirəm. Nəzərə almaq lazımdır ki, dövlət də keçmiş məcburi köçkün və qaçqınların öz doğma torpaqlarına köçürülməsində maraqlıdır. Dövlət müəyyən addımlar atır, ona görə vətəndaşlar səbrli olmalıdır. Tələsik gedib həmin ərazilərdə minaya düşməkdənsə, prosesi bir az gecikərək daha təhlükəsiz yaşayışa başlaya bilərik. Ermənilər minaları elə basdırıblar ki, onları təmizləmək üçün bizə illər lazımdır”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …