Ana səhifə / Cəmiyyət / Karantin bitir, metro açılır? – AÇIQLAMA

Karantin bitir, metro açılır? – AÇIQLAMA

“Metronun iyunun 1-dən fəaliyyətə başlayacağı ilə bağlı yayılan məlumatlar son vaxtlar koronavirusa yoluxmada göstəricilərin aşağı düşməsi və Nazirlər Kabinetinin müvafiq qərarının iyun ayının 1-nə qədər olması ilə əlaqədardır”.

Bunu e-huquq.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, metronun açılaması ilə bağlı səlahiyyət birmənalı şəkildə Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsusdur: “Çünki mövcud qərarın verilməsi ölkədə virusun yayılmasının qarşısını alınması, profilaktik tədbirlərin görülməsi ilə bağlı olduğundan qərarı yalnız Operativ Qərargah verə bilər. Metropoliten ancaq texniki vəzifələri, yəni, onun hazırlığını optimal səviyyədə qoruyub saxlamağı icra edir. Hazırda da bu işləri görürük. Dediyiniz məsələ Operativ Qərargahın səlahiyyəti çərçivəsində olduğu üçün mən hər hansısa bir fikir söyləyə bilmərəm. Biz ancaq verilən qərarlar əsasında işləyirik. Bununla bağlı hələ hər hansı tapşırıq daxil olmayıb”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …