Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Kamran Həsənli Çingiz Abdullayevi tənqid etdi -Video

Kamran Həsənli Çingiz Abdullayevi tənqid etdi -Video

Tanınmış jurnalist, aparıcı Kamran Həsənli yazıçı Çingiz Abdullayevi tənqid edib.

Aparıcı Çingiz Abdullayevi rus məktəbləri ilə bağlı dediyi fikirlərə görə tənqid edib. K.Həsənli rus məktəblərinin bağlanmasını səsləndirən azərbaycanlılara qarşı Çingiz Abdullayevin çıxış etdiyi mövqeni bəyənmədiyini dilə gətirib. 

Aparıcı yazıçının məsələyə sadəlövh yanaşdığını və heç də onun dediyi kimi Rusiya televiziyalarında rus dilini yaxşı bilən azərbaycanlıların çatışmazlığı probleminin olmadığını qeyd edib.

O bilidib ki, Rusiya teleməkanında kifayət qədər savadlı, rus dilini mükəmməl bilən azərbaycanlı jurnalistlər var. Ancaq onlar heç biri Azərbaycanı müdafiə edən mövqe sərgiləmir.

K.Həsənli “hörmətli yazıçımız 1 il Moskvada qalsın və kifayət qədər nüfuza sahib olduğu Rusiyada baxsın görək, Azərbaycan həqiqətlərini televiziyalarda dilə gətirə bilir, ya yox?” deyə Çingiz Abdullayevə müraciət edib.

Aparıcının dedikləri barədə ətraflı videonu təqdim edirik:

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …