Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Kəramət Böyükçöldən sonra onların özlərini bu yolla gündəmdə saxlaması adət halını aldı”

“Kəramət Böyükçöldən sonra onların özlərini bu yolla gündəmdə saxlaması adət halını aldı”

Son zamanlar gənc yazarların klassikləri tənqid etməsi sanki bir dəb halını alıb.  Bu yaxında ədəbiyyatımızın mərhum satirik şairi Mirzə Ələkbər Sabir də gənc yazar Ayxan Ayvaz tərəfindən tənqid edildi. 
M.Ə.Sabirin nəvəsi Sevda Tahirli Moderator.az-a açıqlamasında buna aydınlıq gətirib:
“Bilirsiniz, mən bu yazıyla tanış oldum. Bu gənc yazarların böyüklərə söz deməklə özlərini gündəmdə saxlamağı Kəramət Böyükçöldən sonra adət halını aldı. Niyə bu məsələni məndən, ailə üzvündən soruşmaq istəyirsiniz? Bunun üçün ünvan xalqdır. Mən bu məsələlərə fikir bildirmək istəmirəm. Dünən bir neçə jurnalistin bu haqda yazılarını oxudum. Onların fikirləri ilə tanış oldum. Bu məsələlərə münasibəti jurnalistlərdən və yazarlardan almaq lazımdır. Mən bir vətəndaş kimi deyirəm bizim bir gözəl deyimimiz var: “Mənim yıxılacağım yeri söyləsələr, ora döşək sərərəm”. Bizim yıxıla biləcəyimiz yeri Sabir bizə açırsa, o aynada bizim yalnış etdiklərimizi göstəribsə, onu niyə tənqid etməliyik? Bəzən elə həyat hadisələri var ki, o qədər yaxın, o qədər sadə görünür ki, bizim üçün onun var olması  adiləşir. Sabirin əsərləri bu mənada bizim üçün bir mayakdır. Sabirin əsərlərindəki misralara diqqət etmək lazımdır. Orda vətənpərvərlikdən, millətinə, ailəsinə, sədaqətdən, torpağına bağlılıqdan, maarifçilikdən tutmuş istənilən yaşda hamı üçün örnək olacaq nümunələr var. Sabirin əsərlərində kim nəyi görmək istəyirsə, onu axtarır.
Mən hesab edirəm ki, bu insanlara cavabı şairin ailə üzvü yox, cəmiyyət verməlidir. Çünki, Sabiri cəmiyyət sevib. O, ailənin şairi deyil, xalqın şairidir.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …