Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Kərəm Həsənov polis rəisini işdən qovdurubmu? – DYP və Dövlət Komitəsi təkzib edir

Kərəm Həsənov polis rəisini işdən qovdurubmu? – DYP və Dövlət Komitəsi təkzib edir

İstiqlal.az saytının verdiyi məlumata görə,  Şamaxı rayon DYP-sinin rəisi vəsifəsində çalışan Mübariz Fətəliyevin işdən azad olunmasına səbəb onun Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun maşınını saxlaması olub.  Saytın iddiasına görə, Mübariz Fətəliyev Kərəm Həsənovun avtomobilini saxlayan zaman onu tanımayıb və komitə sədrinə qarşı kobudluq edib. Kərəm Həsənov polis rəisinin bu hərəkəti barədə DİN – ə şikayət edib və nəticədə Mübariz Fətəliyev işdən azad olunub.

Biz Kərəm Həsənovun rəhbərlik etdiyi qurumla məsələni dəqiqləşdirmək qərarına gəldik. Qurumun Mətbut Xidmətinin rəhbəri Qulu Xəlilov Azinforum.az-a açıqlamasında bildirdi ki, yayılan bu tip xəbərlərin heç bir əsası yoxdur: “Biz də, bu məlumatı bəzi KİV-lərdən oxumuşuq. Birmənalı şəkildə deyə bilərəm ki, həmin xəbərlərin heç bir əsası yoxdur. Yaxşı olar ki, KİV-lər dəqiqləşdirilməmiş məlumatları tirajlamasınlar”.

Qeyd edək ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlama verib:

“Bu haqda məndə heç bir informasiya yoxdur, ona görə də məsələ haqda heç bir fikir bildirə bilməyəcəm”

 

 

 

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın