Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun 25 dekabr 2015-ci il tarixində Neftçala rayonunda keçirəcəyi vətəndaş qəbulu 11 dekabr 2015-ci il tarixinə keçirilib. Komitədən fins.az-a verilən məlumata görə, qəbulda Neftçala, Şirvan, Hacıqabul, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi:
(02126) 3 42 06, (02121) 5 52 45
Həmçinin oxuyun
İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi
Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …