Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Kərəm Həsənov Baş Prokurorluqda dindirilməyib” – Rəsmi açıqlama

“Kərəm Həsənov Baş Prokurorluqda dindirilməyib” – Rəsmi açıqlama

“Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Baş Prokurorluqda dindirilməsi barədə məlumatlar həqiqəti əks etdirmir”.

Bunun APA-ya açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov deyib.

O bildirib ki, belə məlumatlar böhtan xarakteri daşıyır və bilərəkdən yayılır: “Belə məlumatlar bir sıra qərəzli və külli miqdarda dövlət əmlakını əldə etmək istəyən, lakin buna Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən imkan verilməyən şəxslər tərəfindən qəsdən saytlara ötürülür. Bu cür şayiələr yaymaq Əmlak Məsələləri Dövlət Komitəsinin qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinə və nüfuzuna xələl gətirmək məqsədi və sabotaj xarakteri daşıyır”.

Q.Xəlilov xatırladıb ki, komitə fəaliyyətində açıqlığı, şəffaflığı və ictimai məlumatlandırmanın təmin olunmasını “KİV haqqında” qanuna uyğun olaraq özünün rəsmi internet səhifəsi, mətbu orqanları və digər media vasitələrində məlumatları yaymaqla həyata keçirir.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın