Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Kərəm Həsənov: “18 min hektar torpaq dövlət mülkiyyətinə qaytarılıb”

Kərəm Həsənov: “18 min hektar torpaq dövlət mülkiyyətinə qaytarılıb”

Əmlak Məsələləri Dövlət Komitəsi 2016-cı ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirib.

Azinforum.az-ın  məlumatına görə, müşavirədə Komitə sədri Kərəm Həsənov bildirib ki, ötən 9 ay ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı xarici və beynəlxalq məsləhətçi şirkətlərlə görüşlər keçirilib: “Özəlləşmə ilə bağlı yeni yanaşmalar, prioritetlər müəyyənləşdirilib. Özəlləşdirmə prosesində şəffaflığın, optimallığın və müasirliyin təmin olunması məqsədi ilə cari ilin iyul ayında “Özəlləşdirmə portalı” yaradılıb və istifadəyə verilib.

Özəlləşdirmə ilə bağlı 4 hərrac keçirilib, bu hərraclarda 111 dövlət əmlakı özəlləşdirilib.

Ümumilikdə ilin əvvəlindən indiyədək 230-a yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər, 140-dan çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib”.

Komitə sədri qeyd edib ki, 2020-ci ilə kimi ölkənin 3 milyon 200 min hektar ərazisində dəqiq torpaq uçotu işləri aparılacaq: “Respublikada iri təsərrüfatların (taxılçılıq, toxumçuluq və heyvandarlıq) yaradılması məqsədilə Komitə tərəfindən 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 148,8 min hektar torpaq sahələri seçilərək xəritələşdirilib”.

Komitə sədrinin sözlərinə görə, respublikanın 8 rayonu üzrə icarədə olan, lakin istifadəsiz saxlanmış 18 min hektar torpaq sahəsinin icarə müqaviləsinə xitam verilib və dövlət mülkiyyətinə geri qaytarılıb.

Həmçinin oxuyun

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq. AzVision.az xəbər verir ki, …

Bir cavab yazın