Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Kəmaləddin Heydərov generalı işdən çıxardı

Kəmaləddin Heydərov generalı işdən çıxardı

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

Virtualaz.org-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib. H. Abbasov bu təyinatədək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsini icra edib.

Hikmət Abbasov 1969-cu ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. Ailəlidir, iki övladı var.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …