Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Jurnalist tanımadığı adamın çağırışına getməlidirmi?

Jurnalist tanımadığı adamın çağırışına getməlidirmi?

Azər Həsrət: “Təhlükəsizlik məsələsinə bütün dünya mediasında xüsusi önəm verilir”

“Mən jurnalistlərimizə bu cür məqamlara diqqət etmələrini tövsiyə edirəm”

Həmkarımız Rasim Əliyevin ölümü hamıya pis təsir edib. Bu, adi kriminal hadisədən daha böyük effektə malik bir olaydır. Bəzi beynəlxalq dairələr isə məsələni tam siyasiləşdirmək yolu tutub belə cəhdlərin gələcəkdə də olmayacağına təminat yoxdur.Hadisənin digər və ən vacib yönü isə Rasimə qarşı edilən həkim səhlənkarlığı ilə bağlıdır.
Bir çoxları əmindar ki, Həmkarımıza lazımi və peşəkar həkim müdaxiləsi vaxtında edilsəydi, bu acı sonluq da yaşanmazdı. Bunlar aydındır.
Ancaq məsələyə bir qədər professional aspektdən yanaşmanın ortaya qoyulmasını istərdik ki, bu vacib və bizi ciddi narahat etməyə başlayan məqam gələcəkdə bu tip faciələrə səbəb olmasın. Amma maraqlıdır ki, hadisənin bu aspektinə heç kim toxunmaq istəmir. Bu üzücü hadisə ilə bağlı fikirləşəndə, istər-istəməz sual yaranır: hadisədə Rasimin hansı səhvi olub?
Əvvəlcədən bildirək ki, bu səhvin Rasimin öz fb səhifəsində nə yazması ilə bağlantısı yoxdur. Çünki tənqidə görə jurnalistlə belə haqq-hesab çürütmürlər. Hətta həmin yazıda təhqir elementləri olubsa belə, onu həll etmək üçün daha sivil yollar mövcuddur. Heç kim Rasimə qarşı edilən cinayətə haqq qazandıra bilməz.
İndisə gəlin görək, jurnalistin başına bu faciə necə və hansı şəraitdə gəlib? O, yazdığı yazıya görə əvvəlcə onu təhqir edən, sonra görüşə çağıran tanımadığı, heç sifətini belə görmədiyi bir şəxslə görüşə çıxıb. Özü də harda? Küçənin ortasında! Professionallıq nöqteyi-nəzərindən yanaşsaq, bu böyük yanlışlıqdır. Ciddi jurnalistika ilə məşğul olanlar üçün beynəlxalq qurumların maliyyə dəstəyilə media nümayəndələrinin təhlükəsizliyinin necə qoruması ilə bağlı çoxsaylı təlimlər keçirilir. Həmin təlimlərə dünyanın ən ciddi və risqli mövzularından yazan, bu sahədə böyük təcrübəsi olan jurnalistlər mühazirə demək üçün dəvət olunur. Bu təlimlərdə jurnalistlərə başa salınır ki, jurnalistin peşə fəaliyyətilə bağlı kiminləsə naməlum yerdə görüşməsi doğru deyil. Belə görüşlər bir neçə nəfərin iştirakı ilə yalnız redaksiyada baş tutmalıdır. Bəlkə də bu xatırlama bəzilərinə adi görünə bilər. Əminəm ki, bu qaydanı bilən və ona əməl edən jurnalistlərimiz də az deyil. Ancaq bilməyənlər üçün belə maarifləndirmənin böyük təsiri olur. Hər halda, bu cür məqmlarla bağlı ciddi təbliğatın aparılması vacibdir ki, gələcəkdə oxşar hadisələr baş verməsin.
Tanınmış media eksperti Azər Həsrətə də bu sualla müraciət etdik: jurnalistin tanımadığı adamla görüşə çıxması nə dərəcədə doğrudur?
Ekspert qəzetimizə açıqlamasında bildirdi ki, jurnalistlərin hansı şəraitdə kiminlə görüşməsi olduqca önəmlidir: “Bu məsələdə həmkarlarımız diqqətli olmalıdır, xüsusən də tanımadıqları adamlarla görüşərkən. Jurnalistlərin təhlükəsizliyi məsələsində bu olduqca önəmli faktordur. Son hadisədə də jurnalist barəsində tənqid yazdığı adamların qohumlarının dəvətini qəbul edərək görüşə çıxıb.
Nəticədə ona şiddət tətbiq olunub, o döyülüb. Belə bir faktın özü başqa jurnalistlərə çağırış olmalıdır ki, təsadüfi adamların dəvətilə görüşə getmək lazım deyil. Xüsusilə də ortada mübahisəli mövzu olanda. Hazırda bizim jurnalistlər arasında bu səhvi təkrarlayacaq adamlar az deyil. Bunun üçün də həmkarlarımızla bu mövzuda maarifləndirici iş aparılmalıdır.
Təhlükəsizlik məsələsinə bütün dünya mediasında xüsusi önəm verilir. Dünyanın müxtəlif yerlərində keçirilən kurslarda iştirak edərkən dəfələrlə bu məsələyə diqqət yönəldildiyini görmüşük.
İzah olunub ki, jurnalist şübhəli çağırışlara getməməlidir. Getdikdə isə yanında mütləq adam olmalıdır. Mən jurnalistlərimizə bu cür məqamlara diqqət etmələrini tövsiyə edirəm”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın