Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Jurnalist “İdeal” mağazası və “Araz” marketdəki fırıldaqları ifşa etdi

Jurnalist “İdeal” mağazası və “Araz” marketdəki fırıldaqları ifşa etdi

Jurnalist Rufik İsmayılov son günlər ərzində Azərbaycanda tanınmış brend adları altında fəaliyyət göstərən iki böyük ticarət şəbəkəsinin fırıldağını ifşa edib. Azinforum.az jurnalistin qələmə aldığı konkret faktları təqdim edir:

“Dostlar, üzləşdiyim iki hadisəni Sizlərlə bölüşürəm ki, həm məlumatınız olsun, həm də aldanmayasınız. Tez-tez mobil telefon nömrələrinə “İDEAL-da bayram endirimi, ikisini al birinin pulunu ödə”, yaxud “birini alana biri də hədiyyə” kimi SMS-lər gəlir. Bir dəfə mən bu SMS-in təsiri altına düşüb Memar Əcəmi metrostansiyasının yaxınlığındakı “İDEAL” Mağazasından 70 AZN dəyəri olan və həmin kapmaniyaya düşən ətirlərdən birini aldım.

 

 

Rufik Ismayilov

 

Və təbii ki, satıcı həmin ətirdən eynisini də hədiyyə olaraq mənə təqdim etdi. Kassaya yaxınlaşıb ödəmə edəndə qəbzi də tələb etdim. Aydın oldu ki, “hədiyyə” kimi mənə sırınan və buna görə xüsusi minnət qoyulan ətirin qiyməti elə 35 AZN-dir. Yəni, mən 70 AZN ödəməklə, əslində hər iki ətrin pulunu ödəmişəm. Etiraz əlaməti olaraq, həmin an ətirləri geri qaytardım və pulumu aldım. “İDEAL” belə şirnikləndirici aksiyalar keçirərəkən biz vətəndaşları aldatmaqla cibimizə girir.

İkinci hadisəni iki gün bundan əvvəl Azadlıq Metrostansiyasının yaxınlığındakı “Araz” Marketdə yaşamışam. Piştaxtada tərkibində yağlılığı 3,4 faiz olan 1 litirlik “Atena” südünün satış qiyməti 1 manat 24 qəpik göstərilmişdi. Həmin süddən 3 ədəd götürdüm. Kassada ödəmə edərkən mənə verilən qəbzdə həmin süd məhsulunun bir ədədinin qiymətinin 1 manat 44 qəpik hesablandığının, bununla da hər məhsula görə məndən əlavə 20 qəpik alındığının fərqinə vardım. Dərhal kassada oturan mağaza işçisinə bu iradı bildirdim. O, da nəzarətçini çağırdı və yanlışlığa yol verildiyini əsas gətirərək, məndən alınan əlavə 60 qəpiyi geri qaytartdı. Düzdür, hər iki halda yerindəcə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (012) 498-15-01/04 “Qaynar xətti”nə zəng edib şikayətimi bildirə, bununla da həmin mağazaları əməlli-başlı cərimələtdirə bilərdim. Amma, iradlarımı bilavasitə mağaza işçilərinə bildirməklə bundan vaz keçdim. Bütün bunları sosial şəbəkədə bölüşməkdə məqsədim budur ki, diqqətli olasınız və kimsənin Sizləri aldatmasına imkan verməyəsiniz…”

Qeyd edilən faktlarla bağlı adları çəkilən ticarət şəbəkələrinin də mövqeyini dinləməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın