Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / İtaliyadakı azərbaycanlılar vətənə qaytarılır – VİDEOFAKT

İtaliyadakı azərbaycanlılar vətənə qaytarılır – VİDEOFAKT

Dünyanı saran və sarsıdan koronavirus pandemiyası həm də dövlətləri və millətləri sınağa çəkir.

Şükürlər olsun ki, Azərbaycan dövləti və xalqı bu ağır sınaq qarşısında ləyaqətli davranış sərgiləyirlər. Belə nümunəvi davranışlardan biri də xarici öıkələrdə qalmış Azərbaycan vətəndaşlarının öz ölkələrinə geri qaytarılması zamanı ortaya çıxıb. Azərbaycan dövləti dünyanın bütün ölkələrindəki vətəndaşlarına sahib çıxır və onları hər cür vasitələrlə geri qaytarır.

Həmin ölkələrdən biri də koronavirusun tüğyan etdiyi və artıq dünyaya qapanmış İtaliyadır. Bu ölkədəki səfirliyimiz gecə -gündüz demədən çalışır və Azərbaycan dövlətinin tapşırıqlarını həyata keçirtməyə əzm göstərir. Səfirlik hər gün özünün sosial mediadakı səhifələrindən elanlar verərək, Azərbaycana dönməyə çalışan vətəndaşları təşkilarlandırır. Həmin elanlardan ən sonuncusunun məzmunu belədir:

“ÇOX TƏCİLİ!

Bu gün Roma şəhərindən Bakı şəhərinə çarter reysi ilə yola düşən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

17 mart 2020-ci il tarixində saat 20.00-da Roma şəhərinin Fiumicino hava limanından Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportuna AHY4231 nömrəli birbaşa çarter reysinin həyata keçirilməsi nəzərdə tutulur.

İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə Səfirliyə müraciət edərək qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşlarının saat 16.00-dan etibarən Fiumicino hava limanının 3-cü terminalında 326-327-328 saylı qeydiyyat masalarına yaxınlaşmaları və növbə gözləyərkən öz aralarında bir metrlik təhlükəsizlik məsafəsinə riayət etmələri xahiş olunur.

Zərurət yaranacağı təqdirdə vətəndaşlardan Səfirliyin aşağıdakı nömrələri ilə əlaqə saxlamaları rica olunur.

Telefon nömrəsi: 06 85305557
Qaynar xətt: 349 8155582″.

Musavat.com səfirliyin və AZAL -ın təşkil etdiyi vətənə dönüş prosesindən bir fraqmenti oxucuların diqqətinə çatdırır.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …