Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / İstanbulda “Zəfər Media” medalları təqdim edildi – FOTO

İstanbulda “Zəfər Media” medalları təqdim edildi – FOTO

İstanbulda 44 günlük Vətən müharibəsinin ildönümü və “Şuşa İli”nə həsr olunan tədbir keçirilib. İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) tərəfindən təşkil olunan tədbirdə Vətən müharibəsi dövründə Türkiyə mediasının Azərbaycana informasiya dəstəyi göstərən nümayəndələrinə “Zəfər Media” medalları təqdim olunub.

Azərbaycan və Türkiyə Dövlət himnlərinin səslənməsi ilə başlayan tədbirdə daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan ölkəmizin İstanbuldakı konsulu Zaur Allahverdizadə 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun şanlı Zəfərə imza atdığını xatırladıb. Z.Allahverdizadə bildirib ki, bunun nəticəsində Azərbaycanın tarixi torpaqları azad edilib və bu torpaqlarda yenidən üçrəngli şanlı bayrağımız dalğalanır. Vətən müharibəsi dövründə Azərbaycan təkcə meydanda deyil, həm də erməni yalanlarına qarşı mediada mübarizə apardı. Türkiyə dövləti və xalqı kimi, mediası da bu dövr ərzində daim Azərbaycanın yanında oldu.

Tədbirdə çıxış edən İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədova və İSBAM-in sədri Samir Adıgözəlli torpaqlarımızın 30 il davam edən işğalı, Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində qazanılan şanlı Zəfərimiz barədə danışıblar.

Medala Türkiyənin “Anadolu Agentliyi”, “TRT Haber”, “Haber Global”, “ATV”, “DHA”, “NTV”, “CNN Türk”, “A Haber”, “Habertürk”, “TRT”, “TV100”, “Süperhaber TV”, “Bengü Türk”, “Al Araby Tv” kanalları və “Sabah” ilə “Hürriyət” qəzetlərinin əməkdaşları ilə yanaşı, Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədova da layiq görülüblər.
Mükafatçılardan “TV100” telekanalının əməkdaşı Ali Burak Ersemiz medalı şəhid jurnalistlər, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun adına aldığını bildirib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutan tədbirdə qardaş ölkənin aparıcı media nümayəndələri, ictimai xadimləri iştirak ediblər. Xatırladaq ki, İSBAM ötən ilin mart ayında İstanbulda Zəfər media mükafatının təqdimetmə mərasimi keçirmiş və Vətən müharibəsi dövründə Türkiyə mediasının Azərbaycana informasiya dəstəyi göstərən nümayəndələrini mükafatlandırmışdı.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …