Ana səhifə / Cəmiyyət / İstanbulda dəhşətli qətl – Suriyalılar naxçıvanlını öldürdü

İstanbulda dəhşətli qətl – Suriyalılar naxçıvanlını öldürdü

Istanbulun “500 evlər” deyilən məhəlləsində dəhşətli qətl törədilib.

Suriyadan qaçqın olan bir neçə nəfər kürd əsilli şəxs 1984-cü il təvəllüdlü Naxçıvan MR Şəruru rayon Axaməd kənd sakini Abbasov Vüsal Musa oğlunu vəhşicəsinə qətlə yetirib.

Bu barədə  mərhumun İstanbulda yaşayan həmkəndlilərindən biri məlumat verib. Onun dediyinə görə, Vüsal həmin adamlara kirayə ev tapıb, pulunu almağa gedəndə bu hadisə baş verib: “Ev Vüsalın yaxınının olub. Kirayə pulunu da Vüsal alırmış. Onu çağırıblar evə, vəhşicəsinə döydükdən sonra, 4-cü mərtəbədən yerə atıblar. Meyiti kəndə yola saldıq. İndicə xəbər verdilər ki, artıq kənddə çatıb”v

Mənbənin dediyinə görə, qətli törədən Suriya qaçqınları hələ də tutulmayıb: “İstanbulda Suriyalı qaçqınlar tərəfindən belə hadisələr tez-tez törədilir. Polisin onları tapması qeyri-mümkündür. Yəqin ki, Vüsalın da qatillərini tapmaq mümükün olmayacaq”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın