Maraqlı hadisə İstanbulda keçirilən 39-cu Avrasiya Marafonunda baş verib. Marafonun azərbaycanlı iştirakçısı Maqsud Məmmədov Asiya ilə Avropa qitələrini birləşdirən “15 iyul şəhidləri” körpüsünün üzərində dayanaraq sevgilisi Aynur xanıma evlilik təklifi edib.

Gözlənilmədən cibindəki üzüyü çıxararaq sevdiyi qıza doğru uzadan Maqsud Məmmədov onunla evlənmək istədiyini deyib. Sevgilisi Maqsuda yerindəcə “hə” cavabı verib.

Maqsud Məmmədov İstanbulda evlilik təklifi etməyi əvvəlcədən planlaşdırdığını və qitələri birləşdirən körpünün bunun üçün ən gözəl məkan olduğunu deyib.