Ana səhifə / Cəmiyyət / “İstəyirik ki, şəhidimizin evinə gələnlər onun qəhrəmanlıqları haqqında…” – FOTOLAR

“İstəyirik ki, şəhidimizin evinə gələnlər onun qəhrəmanlıqları haqqında…” – FOTOLAR

Aprel döyüşlərimizin qəhrəmanı şəhid gizirimiz Pəncəli Nurməmməd oğlu Teymurovun yaşadığı kəndə ev muzeyinin son tamamlama işləri gedir. Bu haqda Moderator.az-a şəhidimizin əmisi Şirməmməd Fərəcov məlumat verib. Şəhidimizin əmisi bildirib ki, ev muzeyində şəhidimizin şəxsi əşyaları saxlanılacaq:
“Muzeyin açılışını aprel ayına planlaşdırırıq. Pəncəlinin ildönümü ərəfəsində muzeyin açılışın etmək istəyirik. Mart ayında doğum günü olacaq. Ev muzeyində onun şəxsi əşyaları, avtomobili, hərbi formaları saxlanılacaq. İstəyirik ki, şəhidimizin evinə gələn insanlar onun qəhrəmanlıqları haqda bu muzeydə tanış olsunlar. Muzeyin bütün xərcini özümüz çəkirik. Pəncəlinin qardaşları özləri ev muzeyini ərsəyə gətiriblər”.
Xatırladaq ki, Pəncəli Teymurov 1981-ci il martın 24-də Atsara rayon Əəzrüd kəndində anadan olub. 17 il Silahlı Qüvvələrimizdə xidmət edib. “İgidliyə görə” medalı ilə təltif edilib.  Aprel döyüşlərimiz zamanı qəhrəmancasına şəhid olan Pəncəli Teymurov ölkə başçısı tərəfindən  “Vətən uğrunda” medalı ilə təltif edilib. Ailəli olan gizirimizin çox təəsüf ki, övladı olmayıb. Pəncəli öz toyunda çıxış edərək şəhid olmaq istədiyini demişdi. Şəhidimizin toyunda onda tanınmış müğənni Manaf Ağayev iştirak edib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …