Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / İsral xüsusi xidmət orqanının sabiq rəhbəri: Azərbaycanın yəhudilərə qarşı siyasəti bir çox ölkələr üçün nümunədir

İsral xüsusi xidmət orqanının sabiq rəhbəri: Azərbaycanın yəhudilərə qarşı siyasəti bir çox ölkələr üçün nümunədir

Azərbaycan hakimiyyətinin ölkədə yaşayan yəhudilərə qarşı siyasəti bir çox ölkələr üçün nümunə ola bilər. Bunu Trend-ə İsralin “Nativ” xüsusi xidməti orqanının sabiq rəhbəri, diplomat Yakov Kedmi deyib.

Diplomat qeyd edib ki, İsrail və Azərbaycan arasında əlaqələr bütün sahələrdə yaxşı səviyyədədir və gələcəkdə bu əməkdaşlıq yalnız dərinləşəcək: “Azərbaycanın İsraildə səfirliyinin olmaması ölkələrimiz arasında real dərin əlaqələrə müvafiq deyil”.

Y.Kedmi həmçinin, hərbi əməkdaşlıq sahəsində ölkələr arasında böyük perspektivlərin olmasını vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsini şərh edən diplomat əlavə edib ki, Ermənistan Qarabağın erməni işğalı altında qalmasında maraqlıdır və bunu heç vaxt gizlətməyib.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın