Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / İsrail səfiri Vasif Talıbovla danışıqlar aparmağa getdi – FOTO

İsrail səfiri Vasif Talıbovla danışıqlar aparmağa getdi – FOTO

Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Ali Məclisin sədri Dan Stavın muxtar respublikaya ötən səfərini və bu zaman səmərəli danışıqların aparıldığını xatırladıb.

Ali Məclisin sədri İsrail dövlətinin Azərbaycanla faydalı əməkdaşlığından və bunun Naxçıvanla müxtəlif sahələrdə əlaqələrin inkişafına verdiyi töhfədən danışıb.

Səmimi qəbula görə minnətdarlıq edən Dan Stav Naxçıvana növbəti səfərinin və əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Diplomat səfər müddətində keçirəcəyi görüşlərin əməkdaşlıq üçün yeni imkanlar açacağını qeyd edib.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın