Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “İsmayıl Ömərov “Facebook”a qadağa qoymuşdu”

“İsmayıl Ömərov “Facebook”a qadağa qoymuşdu”

“Heç bir telekanalda işləmirəm. Televiziyada çalışdığım müddətdə də əlavə işim olub. Hər zaman kənarda özümə iş saxlayıram. Televiziyadan ayrılmışam da söyləmək olmaz. Hazırda isə şirkətlərin birində Videofilm və video “production” departamentinin rəhbəri vəzifəsində çalışıram”.

Bu sözləri məşhur teleaparıcı Hüsniyyə Məhərrəmova “Planet Parni iz Baku” komandasının üzvləri Ələkbər Əliyev və Əməkdar artist Tahir İmanovun “Instagram”da açdıqları canlı yayımda qonaq olarkən deyib.

Hüsniyyənin sonuncu iş yerindən – AzTV kanalında yayımlanan “1AzTV” axşam şousundan ayrılması haqqında bəhs edərkən Ə.Əliyevin “Sənin kimi aparıcıların sayı çox azdır (dəyər və qiymət vermək məqsədi ilə – red.) sözlərinə Məhərrəmova “O kanalın rəhbəri Siz olsaydınız, mən ordan getməzdim” deyərək şərh edib.

Ə.Əliyev isə H.Məhərrəmovanın bu sözlərinə qulaqlarını çəkərək reaksiya verib.

Hüsniyyə bir müddət öncə sosial media hesabında yazdığı “Qorxu! Cəmiyyətimizin ən böyük eyibi. Qorxaq adam satqın olur, vəzifəyə, şöhrətə, pula, komfortuna görə dostunu, anasını, qardaşını da satar” statusuna da aydınlıq gətirib:

“İnsanlarda bəyənmədiyim bəzi müəyyən xüsusiyyətlər var ki, hər zaman çalışmışam ki özümdə olmasın. Yaltaqlıq və s. Analiz edərək belə bir qənaətə gəldim ki, onların hamısının kökündə bir hiss var. O da ki qorxudur!

“İctimai televiziya”da çalışdığım zamanlarda iclaslar olurdu. İTV-nin keçmiş rəhbəri İsmayıl Ömərov böyük iclaslar edirdi. Yığılırdı ora 35 nəfər. İ.Ömərov bir dəfə hətta hamının “Facebook”unu bağlatmışdı. Bir adam da qalxıb bununla bağlı etiraz səsini ucaltmadı ki, işlərimizin əksəriyyəti həmin sosial şəbəkə ilə əlaqədardır. O, olmaz deyirdi, hamı başını aşağa salıb “Necə məsləhətdir” deyib, razılaşırdı. Necə bu qərarlar razılaşmaq olar? Marsa insan göndərilən, qloballaşan bir dövrdə, necə olar ki, XXI əsrdə sosial şəbəkəni bağalayasan? Elementar məsələlərə görə, qorxurdular söz deməyə.

Bəzi insanları görəndə düşünürəm ki, bu şəxsi nə vadar edə bilər ki, belə hərəkət eləsin. Pul, şan-şöhrət… Yenə də əmin olursan ki, bu, onların içində olan qorxu hissidir.

Statusumda yazdığım “Qorxaq adam vicdanını satır, saxtakarlıqdan da çəkinmir, inkişaf etmir, gələcəkdən, dəyişiklikdən qorxur, bataqlığa çevrilir” fikirlərimi də doğru formada nəql edim.

Bir məsələ mənim üçün çox qəribədir. 50 il eyni iş yerinə gedib-gələn insanlar var. Elə şəxslər bu gün televiziyada çalışır. Bir işi eyni maaşa illərdir görən insan necə inkişaf edə bilər? İnsan hər zaman inkişaf etməlidir.

İki övladım var. Çalışıram ki, onlar qorxaq olmasınlar. Uşaqlarıma deyirəm ki, nəyisə sındırıb, dağıtsanız, buna görə sizi əl qaldırıb, döyməyəcəyəm. Heç nədən çəkinməyin, qorxmayın, deyin!” /Oxu.Az

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …