Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / İslam müqəddəslərinin rəsmlərinin yaranmasının tarixçəsi

İslam müqəddəslərinin rəsmlərinin yaranmasının tarixçəsi

Hazırda Azərbaycan da daxil olmaqla bir sıra müsəlman ölkələrində İslam müqəddəslərinin, o cümlədən Məhəmməd Peyğəmbərin (s.ə.s), eləcə də imamların (ə) rəsmləri mövcuddur. Bu rəsmlərin əksəriyyətinin müəllifi və ya kim tərəfindən harada çəkilməsi barədə geniş məlumat yoxdur.

Eyni zamanda məlum olduğu kimi, İslamın ilk illərində rəsm və heykəltəraşlıq kimi sənət əsərləri qadağan edilib. Bunu da daha çox bütpərəstlik adətlərinin geri dönməsi təhlükəsi ilə izah ediblər. Zahirən isə insanın əksinin çəkilməsi, heykəlinin düzəldilməsi sonradan onun pərəstiş edilməsi, ya da başqa adla bütə çevrilməsi təhlükəsi olduğu üçün qadağan edilib.

Lakin Orta Əsərlərdə bu qadağa bir qədər yumşalıb. Ancaq yumşalma daha çox Şimali Afrika, həmçinin İran və Anadolu coğrafiyasında qeydə alınıb. Hansı ki, bu bölgələrdə İslamiyyətdən əvvəl bütpərəstlik olmayıb və necə deyərlər, zehinlərdə bütlərin təhlükəsi, onların yaratdığı sirk ənənəsi zəif olub. Maraqlıdır ki, ilk dövrlərdə miniatürlərdə Quranda təsvir olunan müqəddəslərin, daha sonra isə nadir hallarda da olsa Peyğəmbərin və imamların rəsmləri yaradılıb.

“Mələk Cəbrailın Məhəmməd peyğəmbərə  (s) hədiyyə etdiyi şəhər” adlı təsvir maraqlı miniatür, həmçinin İbrahimin oğlu İsmayılı qurban kəsməsi səhnəsi, Peyğəmbər (s) və İmam Əliylə (ə), nəvəsi Həzrət Hüseynlə (ə) və mələk Cəbrailin əks olunduğu miniatür var. Eləcə də İran və Orta Asiya coğrafiyasında imamların, o cümlədən Həzrət Əli (ə) və Həzrət Hüseynin (ə) rəsmləri geniş yayılıb və bu gün də yayılmaqdadır.

İndi isə aktual bir sual var. daha çox bu sual şəkillərə qarşı olanlar tərəfindən verilir. Əgər İslamın ilk illərində rəsm çəkmək qadağan edilibsə, o zaman Məhəmməd Peyğəmbər (s.ə.s) və imamların (ə) rəsmlərini kim və necə yarada bilərdi? Özü də bu rəsmlər bir neçə yüz ildən sonra necə çəkilə bilərdi?

Bu sualın yeganə cavabı “hilyə” adlı müsəlman elmində gizlənir. Hilyə lüğəti mənası bəzək, zinət vermək, üz və ruh gözəlliyidir. Termin olaraq “Hilyəyi şərif” Məhəmməd Peyğəmbərin (s.ə.s) rəsminin yazı ilə çəkilməsi. Bu yazılarda Peyğəmbərin (s.ə.s) üz cizgiləri, sifət quruluşu yazılarla incəliklə təsvir olunub. Əsasən Peyğəmbər (s.ə.s) barəsindəki hədis, rəvayətlərdə onun bədən və üz cizgilərinin təsvirinə əsaslanaraq müəlliflər yazı ilə müqəddəslərin təsvirlərini hazırlayıblar. Bu hətta bir dönəm ilahiyyat elmləri sırasına daxil olub.

Daha sonra isə orta əsrlərdə müsəlman dünyasının fərqli mədəniyyətlərlə qovuşması, rəsm sənətinin yayıldığı dövrdə miniatür sənətində “hilyələrə” əsaslanaraq Peyğəmbər (s.ə.s) və imamların (ə) rəsmləri çəkilməyə başlayıb.

Ancaq müsəlman alimləri bu əsərlərin heç birini bənzər və ya oxşar olduğunu qəbul etmir. Bu səbəbdən də bu cür rəsmlər mötəbər deyil, sadəcə rəssamların “Hilyə” əsərlərinə və yazılara istinad edərək hazırladığı təxəyyül məhsulu hesab olunur. (Musavat.com)

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …