Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “İşimiz təkcə yazıçılara qiymət vermək deyil…” – Ramiz Rövşən

“İşimiz təkcə yazıçılara qiymət vermək deyil…” – Ramiz Rövşən

“Biz cəmiyyətin bütün ali məqamları ilə bağlı danışmalıyıq”.

Bunu Xalq şairi Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayında məruzəsi zamanı deyib.

Azərbaycanda ana dilinə olan sevginin gün keçdikcə azaldığına işarə edən Xalq şairi Azərbaycan yazıçılarının ana dilinin təbliğində əhəmiyyətli rol oynamalı olduğunu diqqətə çatdırıb:
“Hər bir xalqın mənəvi ərazisi var, bir də coğrafi ərazisi var. Coğrafi ərazilər torpağıdır, şəhəridir, kəndidir. Mənəvi ərazisi isə dilidir, dinidir, ədəbiyyatıdır. Biz coğrafi ərazilərin itirlməsinin ağrısını 30 il yaşadıq. Amma zaman göstərdi ki, itirilən coğrafi ərazini geri qaytarmaq mümkündür. Amma mənəvi ərazi itiriləndə, dilimizdən dinimizdən nə isə düşəndə onu bərpa etmək çətindir. Bu gün məktəblərimizdə Azərbaycan bölməsində şagirdlərin sayı azalır, amma rus ingilis dilli məktəblərdə sıxlıq müşahidə olunur. Bu kədərli bir vəziyyətdir. Mən bunu hər zaman söyləmişəm, yenə də deyirəm bir, iki dil bilib alim də olmaq olmar, beş dil bilib nadan da olmaq olar.
Yazıçılar Birliyi mütləq uşaqların təhsili və yaddaşı ilə bağlı narahat olmalı və biz fikirlərimizi bildirməliyik. Azərbaycan Yazıçılar Birliyi, ədəbi orqanlar yazıçının cəmiyyətə sözüdür və bizim işimiz təkcə yazıçılara qiymət vermək deyil, bizim işimiz həm də yazıçının cəmiyyətə verdiyi qiymətdir. Biz cəmiyyətin bütün ali məqamları ilə bağlı danışmalı öz fikirlərimizi bildirməliyik”.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …