Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / İŞİD-in İra­na sız­ma­sın­da iş­ğal olun­muş Qa­ra­bağ əra­zi­si və er­mə­ni fak­to­ru…

İŞİD-in İra­na sız­ma­sın­da iş­ğal olun­muş Qa­ra­bağ əra­zi­si və er­mə­ni fak­to­ru…

“İran Azər­bay­ca­nın məhz Dağ­lıq Qa­ra­bağ əra­zi­sin­də­ki sər­həd­lə­ri­nə da­ha cid­di ya­naş­ma­lı və bu əra­zi­lə­rin stra­te­ji əhə­miy­yət­li ol­du­ğu­nu nə­zə­rə al­ma­lı­dır”

Ar­zu Na­ğı­yev: “On­la­rın məhz Su­ri­ya qaç­qın­la­rı adı al­tın­da Dağ­lıq Qa­ra­bağ əra­zi­si­nə gə­ti­ri­lə­rək ora­dan İra­na ke­çi­ril­mə­si də is­tis­na edil­mir”

İran İs­lam İn­qi­la­bı Ke­şik­çi­lə­ri Kor­pu­su (SE­PAH) Teh­ran­da tö­rə­di­lən ter­ror hü­cum­la­rın­da Səu­diy­yə Ərə­bis­ta­nı­nı gü­nah­lan­dı­rıb. Bu ba­rə­də SE­PAH-ın ge­ne­ral-ma­yo­ru Hü­seyn Se­la­mi “Mehr” agent­li­yi­nə mü­sa­hi­bə­sin­də de­yib. O bil­di­rib ki, İran ter­ror­çu­lar­dan və on­la­rın dəs­tək­çi­lə­rin­dən in­ti­qa­mı­nı ala­caq.
Xa­tır­la­daq ki, İran par­la­men­ti­nə və İmam Xo­mey­ni Tür­bə­si­nə ter­ror hü­cum­la­rı olub. Ter­ror ha­di­sə­lə­ri nə­ti­cə­sin­də 12 nə­fər ölüb, 42 nə­fər ya­ra­la­nıb. Ter­ro­ra gö­rə mə­su­liy­yə­ti İŞİD öz üzə­ri­nə gö­tü­rüb.
İyu­nun 7-də Teh­ran­da hə­ya­ta ke­çi­ri­lən ter­ro­run ic­ra­çı­la­rı­nın İra­na iş­ğal al­tın­da olan Dağ­lıq Qa­ra­bağ əra­zi­sin­dən keç­mə­si ba­rə­də mə­lu­mat­lar do­la­şır. Teh­ran­da mə­lum qan­lı ak­si­ya­nı hə­ya­ta ke­çi­rən ter­ror­çu­lar bir müd­dət əv­vəl Su­ri­ya­dan Er­mə­nis­ta­na gə­lən er­mə­ni­lər ara­sın­da olub. Su­ri­ya­dan gə­lən er­mə­ni­lər­lə bir­lik­də Azər­bay­ca­nın iş­ğal al­tın­da olan əra­zi­lə­ri­nə yer­ləş­di­ri­lən ter­ror­çu­la­rın bir ne­çə də­fə İra­na kəş­fiy­yat xa­rak­ter­li sə­fə­rə də get­di­yi söy­lə­nir. İd­dia edi­lir ki, hə­min kəş­fiy­yat sə­fər­lə­ri­nin nə­ti­cə­si ola­raq Teh­ran­da mə­lum ter­ror ak­si­ya­sı tö­rə­di­lib.
Tö­rə­di­lən ter­ror akt­la­rın­da er­mə­ni izi­nin ol­ma­sı və hə­min şəxs­lə­rin Er­mə­nis­ta­nın iş­ğal al­tın­da sax­la­dı­ğı əra­zi­lər­dən ora keç­mə­si eh­ti­ma­lı nə də­rə­cə­də inan­dı­rı­cı sa­yı­la bi­lər?

Təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri üz­rə eks­pert Ar­zu Na­ğı­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, be­lə eh­ti­mal­la­rı re­al say­maq olar:

“Dü­şü­nü­rəm ki, bu gün İran tə­rə­fin­dən baş ve­rən ter­ror­la bağ­lı bir ne­çə is­ti­qa­mət­də ver­si­ya­lar irə­li sü­rü­lür. Əsas mə­sə­lə on­dan iba­rət­dir ki, bu ter­ror­çu­lar məhz İŞİD ter­ror təş­ki­la­tı­nın üzv­lə­ri­dir və baş­qa bir təş­ki­lat bu ter­ror ak­tı­nı öz üzə­ri­nə gö­tür­mə­yib. Əsas mə­qam­lar­dan bi­ri də bu ter­ror­çu­la­rın İra­na ne­cə gəl­mə­si mə­sə­lə­si­dir. Bir ne­çə ver­si­ya üzə­rin­də iş­lə­ri­ni qu­ran araş­dır­ma­çı­lar va­ri­ant ki­mi on­la­rın məhz Su­ri­ya qaç­qın­la­rı adı al­tın­da Dağ­lıq Qa­ra­bağ əra­zi­si­nə gə­ti­ri­lə­rək ora­dan İra­na ke­çi­ril­mə­si­ni də is­tis­na et­mir. Mə­lum­dur ki, Dağ­lıq Qa­ra­bağ­la İran ara­sın­da Azər­bay­can sər­hə­di­nin 100 km-dən ar­tıq sa­hə­si heç kim tə­rə­fin­dən qo­run­mur və boz zo­na ki­mi fəa­liy­yət gös­tə­rir. Bu­ra isə əsa­sən nar­kot­ra­fik, qa­çaq­mal­çı­lıq və tran­zit yük­lə­rin qa­nun­suz da­şın­ma­sı üçün is­ti­fa­də edi­lir. On­la­rın ne­cə si­lah əl­də et­mə­si və İŞİD-lə ne­cə əla­qə sax­la­ma­sı isə araş­dır­ma­lar­dan son­ra mə­lum ola bi­lər. Bir söz­lə, İran Azər­bay­ca­nın məhz Dağ­lıq Qa­ra­bağ əra­zi­sin­də­ki sər­həd­lə­ri­nə da­ha cid­di ya­naş­ma­lı və bu əra­zi­lə­rin stra­te­ji əhə­miy­yət­li ol­du­ğu­nu nə­zə­rə al­ma­lı­dır”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın