Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / İşğal olunmuş Zəngilandan yeni görüntülər yayıldı (VİDEO )

İşğal olunmuş Zəngilandan yeni görüntülər yayıldı (VİDEO )

Erməni terrorçuları tərəfindən işğal olunan torpaqlarımızdan yeni görüntülər yayılıb.
Minval.info xəbər verir ki, görüntülər rusiya vətandaşı tərəfindən çəkilib.
Videoda 29 oktyabr 1993-cü ildən bəri üzünə həsrət qaldığımız Zəngilan rayonu əks olunub. Görüntülərdə həmçinin rayonun dağıdılmış əraziləri yer alıb.
Zəngilanın şəhər tipli qəsəbəsi Mincivan və burada yerləşən məktəb lentə alınıb.
Rayon 1930-cu ildə yaradılıb, ərazisi 707 kvadrat kilometrdir və şimaldan Qubadlı, Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən isə Ermənistan ilə həmsərhəddir. Zəngilanın işğala qədər əhalisi 35 min nəfərə yaxın olub

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …